beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasım Mustafayev

Həyatı
Mustafayev Qasım Əli oğlu Qərbi Azərbaycanın Ağbaba mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi. Qasım Mustafayevin çoxillik pedaqoji fəaliyyəti vardı. Onun müəllimlik fəaliyyəti Azərbaycan Dövlət Püdaqoji Universiteti və Naxçıvan Dövlət Universiteti ilə bağlıdır.

1965-ci ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı.

1972-ci ildə Xankəndində Pedaqoji İnstitutut yaradılan kimi orada dərs deməklə bərabər, riyazi analiz kafedrasının müdiri işləyirdi. O, yeganə alim idi ki, riyazi analizdən üç dildə (Azərbaycan, rus və erməni) mühazirələr oxuyurdu.

Elmi fəaliyyəti geniş idi. O, bununla bərabər “orta məktəblərdə riyaziyyat” televiziya-tədris proqramının uzun müddət aparıcısı olmuşdu.

Qasım Mustafayev altı ilə yaxın Naxçıvan Dövlət Universitetinin prorektoru, 1984-1987-ci illərdə rektor əvəzi işləmişdir.

1989-cu ildə vəfat edib.


Tarix: 05.02.2015 / 15:48 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Qərbi Azərbaycan