Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Əliyev

Vüqar Əliyev — Azərbaycanlı aktyor, «Kurtlar Vadisi-Pusu»nun «iranlı naziri Əli Əsgəri» rolunun ifaçısı.

Həyatı
Vüqar Əliyev 1969-cu ildə Göyçə mahalının Qanlı kəndində doğulub. 11 ilə yaxın İrəvan Dövlət Dram Teatrında aktyor və direktor müavini kimi çalışmışdır. Artıq neçə ildir ki, sənət fəaliyyətini Türkiyədə davam etdirir.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dostları vasitəsilə Türkiyəyə yollanmış, ilk olaraq 90 dəqiqəlik «Çilə» filmində rol almışdır.

Orada Nazim Tunç adlı rejissorun «Halk Film» adlı şirkətində çalışır. «Dədə Qorqud» filminin 4 seriyasında, 27-ə yaxın televiziya filmində, «Tək Türkiyə» serialında çəkilmişdir. Ümumiyyətlə, Türkiyədə 50 seriyaya yaxın filmdə oynamışdır.

Filmoqrafiya
Qurdlar Vadisi Pusu


Tarix: 05.02.2015 / 18:29 Müəllif: Feriska Baxılıb: 137 Bölmə: Qərbi Azərbaycan
loading...