Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Əsgərov - Yaradıcılığı

Yerli mətbuatda yüzlərlə publisistik məqaləsi çap olunan Vüqar Əsgərovun onlarla məqaləsi dünyanın bir neçə ölkəsində ayrı-ayrı dillərdə çap olunmuşdur.

2005-ci ildə “Azərbaycanın Milli Qəhrəmanları” kitabını ilk dəfə toplum halında nəşr etdirib. 2010-cu ildə isə “Azərbaycanın Milli Qəhrəmanları” kitabını yenidən işlənmiş variantda nəşr etdirib.

2012-ci ildə isə “Bir ovuc torpaqdır yarama məlhəm” kitabı çap olunub.

Hazırda “Azərbaycan bayrağı ordeni” ilə təltif olunmuş Bilal Əhliman oğlu Məmmədovun həyatı və keçdiyi döyüş yoluna həsr edilmiş "Sinəmdə yurd dağı var" adlı kitab üzərində işləyir.

Kitabları
“Azərbaycanın Milli Qəhrəmanları” (I nəşr), Bakı, "Qapp-poliqraf", 2005. 250 səh., 500 nüsxə.
“Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, "Dərələyəz-M", 2010. 288 səh., 7.000 nüsxə.
“Bir ovuc torpaqdır yarama məlhəm”, Bakı, "Apastrof", 2012. 144 səh., 300 nüsxə. (Ötərxan Eltacla ortaqlı)
"Sinəmdə yurd dağı var" Bakı, "Araz" nəşriyyatı. 2012. 216 səh., 300 nüsxə.
Məqalələri
"Ağdama gedirəm", "Bütöv Azərbaycan" qəzeti, №
"Nigaran ruhların şikayəti", "Bütöv Azərbaycan" qəzeti, №
"Qələbə arzusu ilə çırpınan ürək" Mərkəz. - 2011. - 17 fevral. - №30. - S.15.


Tarix: 05.02.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Qərbi Azərbaycan
loading...