Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alışan İsmayılov

İsmayılov Alışan Səməndər oğlu — tibb elmləri doktoru (2010).

Həyatı
Alışan İsmayılov 1966-cı ildə Göyçə mahalının Zərkənd kəndində doğulub. Orta məkətbi qızıl medalla bitirib. Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur. Xanlarda, Gəncədə cərrah işləmişdir. Daha sonralar Qazaxıstana getmiş, 2004-cu ildə orada namizədlik dissertasiyası müdafiə edib tibb elmləri namizədi, 2010-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

Hazırda Astana şəhərində yaşayır. Astana Tibb Universitetinin ümumi cərrahiyə kafedrasının dosentidir.

120-dən çox elmi məqalənin müəllifidir.


Tarix: 05.02.2015 / 16:32 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Qərbi Azərbaycan
loading...