beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Məmmədvəli Qəmərlinski

Həyatı
Qəmərlinskilər İrəvan xanlığının mahallarından olan və İrəvan şəhərinə yaxın ərazidə yerləşən Qəmərli (Gərnibasar) mahalının adını özlərinə soyad kimi qəbul etmişlər. "Atalar sözü" kitabının titul səhifəsindən bəlli olur ki, bu toplu İrəvan məktəbi-islamiyyəsinin türk dili müəllimi Məmmədvəli Qəmərlinin əsəridir və 1899-cu ildə İrəvanın "Edelson" mətbəəxanasında çap olunub. 1907, 1908 və 1911-ci illərdə dəfələrlə dərc edilmiş "Ana dili" kitablarının müəllifləri sırasında Məmmədvəli Qəmərlinin də adı vardır. 1926-cı ildən nəşrə başlayan "Zəngi" qəzetinin (sonralar "Sovet Ermənistanı") 12 və 19 yanvar 1926-cı il tarixli 5 və 6-cı saylarında "o vaxtın adamı" imzalı bir müəllifin "Ermənistan türklərinin mədəniyyəti barəsində" məqaləsindən məlum olur ki, Məmmədvəli Qəmərli həm də 1900-cü ildə dərc edilmiş "Vətən dili" kitabının müəllifi olmuşdur. Məqalədə çar üsul-idarəsi dönəmində Azərbaycan türkcəsinin (dilinin) təqiblərə məruz qalmasından, yerli sakinlərin acınacaqlı durumundan, Məmmədvəli Qəmərlinin vəziyyətinin ağırlığından, o cümlədən maarif sahəsində çalışan ziyalıların müxtəlif təzyiqlərlə üzləşmələrindən söz açılmış, bir dəfə Məmmədvəli Qəmərlinin "Körpü qulağı" (İrəvan sakinlərinin danışığında son vaxtlara qədər dolaşan məhəllə adı) deyilən yerdə döyüldüyü xüsusi vurğulanmışdır

Məmmədvəli Qəmərlinin gimnaziya, seminariya müəllimi kimi maarifçilik fəaliyyəti, həmçinin tərcümeyi-halı, həyat yolu ilə bağlı qısa məlumatları tarixçi-alim İsrafil Məmmədovun İrəvan tarixinə həsr edilmiş çox dəyərli əsərinin birinci kitabında özünə yer tapan arxiv sənədləri əsasında müəyyənləşdirmək mümkün olmuşdur. Həmin sənədlərdən birində qeyd edilir ki, Mirzə Məmmədvəli Qəmərli 1898-ci ildə İrəvanda rus-tatar mək Milli Kitabxana təbini bitirib, 1900-cü il martın 13-də İrəvan quberniya məclisində imtahan verərək müəllim adı almış, 1901-1911-ci illərdə İrəvan rus-tatar seminariyasında müəllim işləmişdir

Ailəsi
Son vaxtlar aparılmış axtarış və araşdırmalardan bəlli olur ki, Məmmədvəli Qəmərlinin atası Əli Qəmərli çar ordusunun generalı olmuşdur. Babasının yolunu davam etdirən Məmmədvəlinin oğlu Hüseyn Qəmərli də türk ordusunun generalı rütbəsinə yüksəlmişdir. İkinci oğlu Əli Qori Müəllimlər Seminariyasını, digər oğlanları Paşa, Adil, Mahmud isə gimnaziya bitirib müəllim işləmişlər


Tarix: 05.02.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Qərbi Azərbaycan