Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faiq Şabanov

Həyatı
Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Göyçə mahalının Qayabaşı kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb.

1982-1984-cü illərdə Novosibirsk şəhərində əsgəri xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

Sonralar ali milis məktəbini bitirən F.Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib. Polis polkovniki F.Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işləmişdir.

10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub.

Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər Nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub.

Təltifləri
2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.


Tarix: 05.02.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Qərbi Azərbaycan
loading...