Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadir Orucov

Orucov Nadir Oruc oğlu - Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin sədri (2008).

Həyatı
Orucov Nadir Oruc oğlu 1957-ci il yanvarın 13-də Ermənistan Respublikasının (Qərbi Azərbaycan) Qafan şəhərində anadan olub.

1964-1974-cü illərdə Qafan şəhərinin 4 №-li məktəbində orta təhsil alıb.

1974-cü ildə orta məktəbi bitirib, İnşaat Mühəndislər İnstitutunun Sənaye tikinti və mülkü tikinti fakültəsinin axşam şöbəsinə daxil olub və 1981-ci ildə İnstitutu bitirib.

1975-1977-ci illərdə Monqolustan Respublikasında hərbi xidmətdə olub.

1974-cü ildən 1992-ci ilədək Azərbaycan Respublikası Sənaye Tikinti Nazirliyi 7 №-li Trestin kiçik mexanizasiya sahəsində sahə mexaniki, inşaat ustası, iş icraçısı və təchizat üzrə rəis müavini işləyib.

1992-ci ildən Xətai rayonu İcra Hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İdarəsi 1 №-li İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi Texniki təchizat şöbəsində şöbə müdiri işləyib.

1993-cü ildən 2002-ci ilə kimi Bakı şəhəri Xətai rayonu 1 №-li İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsində rəis işləyib.

2002-ci ildən bu günədək “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru işləyir, sahibkardır.

2008-ci il iyun ayının 21-23 Belçikanın Brüssel şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) X Birlik Qurultayında DAK-ın Azərbaycan nümayəndəliyinin sədri seçilib.

Evlidir, bir övladı var.


Tarix: 06.02.2015 / 17:13 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Qərbi Azərbaycan
loading...