Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Vəliyev

Vəliyev Sabir Yadigar oğlu — Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, “Əməkdar Kənd Təsərrüfatı işçisi” (2008)

Həyatı
15 may 1942-ci ildə Ermənistan SSR-nin Basarkeçər Rayonunun Yuxarı Zağalı kəndində anadan olmuşdur.

Orta məktəbi qurtardıqdan sonra 1960-cı ilin iyul ayından 1961-ci ilin avqust ayına kimi həmin rayonun “Yuxarı Zağalı” kolxozunda işləmişdir.

1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olaraq 1969-cu ildə həmin İnstitutun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-cı illərdə Sovet ordu sıralarında olmuş, Ordudan qayıtdıqdan sonra ali məktəbdə təhsilini davam etdirmişdir.

1969-cu ildə ali məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Quba kənd təsərrüfatı kadrların təhkimləşmə məktəbinə göndərilmişdir. Həmin ilin dekabrında Ümümittifaq Üzümçülük və Şərabçılıq “Maqaraç” Elmi-Tədqiqat İnstitutunun əyani bölməsinə aspiranturaya daxil olmuşdur (Yalta şəhəri).

Aspiranturanı bitirdikdən sonra SSRİ Yeyinti Sənayesi Nazirliyi tərəfindən Bakıya Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sərəncamına göndərilmişdir.

1974-cü ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almış, 1973-1986-cı illərdə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində böyük aqronom, kənd təsərrüfatı İdarəsinin Rəis müavini və üzümçülük istehsalat Baş idarəsinin Rəisi vəzifəsində işləmişdir.

1977-1986-cı illərdə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Kolleqiya üzvü olmuşdur.

Dövlət Aqrar-Sənaye Komitəsinin Yaradılması ilə əlaqədar olraq 1986-1988-ci illərdə komitədə Baş üzüm istehsalı və emalı İdarəsinin, 1988-1989-cu illərdə isə meyvə-tərəvəz, üzüm istehsalı və emalı İdarəsinin rəis müavini vəzifələrində işləmişdir.

Aqrar-Sənaye Komitəsində struktur dəyişiklikləri edildiyinə görə 1989-1990-ci illərdə isə həmin Komitənin Üzümçülük idarəsinin rəisi vəzifəsində çalışmışdır.

1990-cı ilin may ayından 1991-ci ilin iyuluna qədər Respublika Elmi-İstehsalat “Şəfa” birliyinin Baş direktoru - Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru vəzifəsində işləmiş, May 1991-ci ildən iyul 1993-cü ilədək “Azərkəndkimya” Elmi İstehsalat Respublika Birliyinin sədr müavini olmuşdur.

1993-cü ilin iyulundan 1998-ci ilin dekabr ayına kimi Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük İdarəsinin rəisi, dekabr 1998-ci ildən iyun 1999-cu ildək Üzümçülük, meyvə-tərəvəzçilik və çayçılıq sahələrinin koordinasiya İdarəsinin rəisi, iyun 1999-cu idən 2003-cü ilin sentyabr ayınadək Bitkiçilik, toxumçuluq və Aqrokimyəvi xidmət Baş İdarəsinin Rəisi və həmin müddətdən hal-hazıra kimi Aparatın Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində işləyir.

1999-2004-cü illərdə Kənd təsərrüfatı Nazirliyinin Kollegiya üzvü olmuşdur. 2000, 2001, 2002, 2003-cü illərdə Beynəlxalq Peşakər şərab, konyak, şampan şərabı və digər alkoqollu içkilər üzrə Dequstasiya Komissiyasının üzvü seçilərək fəxri diplomlara layiq görülərək qızıl medallarla təltif olunmuşdur.

2002-ci ildən həmin məhsullar üzrə Mərkəzi Dequstasiya Komissiyasının sədridir. 2000-2004-cü illərdə Pistisidlər və aqrokiyəvi maddələrin sınağı və qeydiyyata alınması komissiyasının sədri olmuşdur.

“Şərəf nişanı” orden, “Əmək şöhrəti” medalı ilə təltif olunmuşam. Respublika Prezidentinin 01 noyabr 2008-ci il tarixli fərmanı ilə “Əməkdar Kənd Təsərrüfatı işçisi” fəxri adı verilmişdir.


Tarix: 05.02.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Qərbi Azərbaycan
loading...