Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzunlar monastırı

Uzunlar Monastırı – Qərbi Azərbaycanın (indiki Ermənistan) Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonunun Uzunlar (30. 09. 1968 – ci ildən Odzun) kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid qədim türk məbədi.

Tarixi
Günbəzli bazilika üslubunda inşa olunmuş məbəd öz adını Uzunlar kəndindən almış, "Uzunlar" toponimi isə uz // quz // oğuz formalı türk boyunun adından və türk dillərində cəm şəkilçisi olan –lar şəkilçisindən ibarətdir.

Qədimdən türk boylarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX yüzilin əvvəllərində köçürülmüşlər.

Memarlıq xüsusiyyətləri
Uzunlar məbədinin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Sünik kilsəsinin rəhbəri III Uzun Hovannes təxminən 717 – 728 – ci illərdə monastır konpleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə etmişdir. Həmin dövrdə kompleksinəsas binası üç nefli açıq rəngli tuf daşından inşa edilmiş bazilikaidi. Həmin bazilikanın iki kənar nefi ortadakına nisbətən daha kiçik idi. Monastırın şimal (dövrümüzə çatmayıb) və cənub dəhlizləri qeyri adi arkayla bəzədilmiş, kor olan qərb dəhlizində isə bu cür bəzəkli arka orta hissədə yerləşdirilmişdir.

Məbədin çatısı kirəmitlə örtülmüşdür. Qabırğavari görünüşə malik olan damı əsasən dörd sütun saxlayır. Lakin məbədin qərb hissəsində daha iki sütun vardır. Binanın şərq fasadında, yeganə pəncərənin üstündə Conun İncilinə əsasən gözləmə məqamında olan İsa və onun ətrafında olan iki mələk təsviri oyulmuşdur. XIX əsrdə əraziyə gələn ermənilər binaya iki zəng qülləsi də əlavə etişlər.

Monastırın ətrafında çoxlu rahib məzarları və xatirə xaçdaşları vardır. Bu xatirə daşlarında müxtəlif incə işləmələrlə Bibliya motivləri motvləri əks olunmuşdur.


Tarix: 05.02.2015 / 13:20 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Qərbi Azərbaycan
loading...