beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Radik İsmayılov

İsmayılov Radik Arzuman oğlu — azərbaycanlı jurnalist, Sosiologiya üzrə fəlsəfə doktoru.

Həyatı
Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.

2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavinidir.

Elmi əsərləri
Hərbi konfliktlərin işıqlandırılması // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları. Bakı, 2003
Savaş jurnalistləri “ordusuna” peşəkar əsgərlər gərəkdir // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları. Bakı, 2003
Ekstremal jurnalistika (praktik vəsait) / Bakı, 2003 (həmmüəllif)
Azərbaycanda milli özünəməxsusluqlar siyasi-mənəvi qloballaşma çağında // AMEA aspirantlarının elmi konfransının materialları. II hissə. Bakı: “Elm”, 2006.
Qloballaşma: sosial dəyişikliklər və informasiya texnologiyaları // Dirçəliş – XXI əsr. № 104-105 / 2006.
Transsərhəd televiziya qloballaşmanın mexanizmi kimi // Dirçəliş – XXI əsr. №112-113 / 2007.
Transmilli terrorizm qloballaşma dövründə Azərbaycanın inkişafına əsas təhdid kimi // Sosial-siyasi problemlər. №1 (18) / 2008.
Müasir şəraitdə Azərbaycanda sosial mühitin inkişafının əsas xüsusiyyətləri və meylləri // Sosial-siyasi problemlər. №2-3 (19-20) / 2008.
Millətlərüstü strukturların Azərbaycanda demokratik təfəkkürün formalaşmasına təsiri // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. №4 / 2008
Социо-культурные проблемы азербайджанского общества в условиях глобализации // Ұлт тағылымы. Казахстан. №3 / 2009
Социокультурные проблемы азербайджанского общества в условиях глобализации // Вестник Челябинского государственного университета. Философия. Социология. Культурология. Выпуск 13. Челябинск. №29 (167) / 2009
Социальные противоречия в современном азербайджанском обществе // Социально-гуманитарные знания. Москва. №6 / 2009


Tarix: 05.02.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Qərbi Azərbaycan