beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pənah Qurbanov

Həyatı
1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur.

1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir.

1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi.

2011-ci ildə vəfat etmişdir.

Kitabları
Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh. 5000 nüsxə.
Diqqəti çəkən ixtiraları
Elmlər doktoru Pənah Qurbanovun daxiliyanma mühərriklərinin təkmilləşdirilməsi ilə bağlı mühüm təklifi:

"Bu gün bəşər həyatını daxiliyanma mühərrikləri olmadan təsəvvür etmək mümkün deyildir. Bununla belə yaxınlaşan ekoloji fəlakətin əsas səbəblərindən biri, bəlkə də birincisi daxiliyanma mühərrikləri hesab edilə bilər. Ətraf mühitin, xüsusən də atmosferin çirklənməsinin, dəqiq desək, zəhərlənməsinin əsas səbəbi həmin mühərriklərin istifadə edildiyi avtomobillərdir.

Lakin daxiliyanma mühərriklərinin ixrac qazlarındakı zəhərli maddələri necə zərərsizləşdirmək olar?

Məlumdur ki, karbüratorlu daxiliyanma mühərriklərinin işi nəticəsində yanan benzinin tərkibində olan karbon atomlarının təxminən 96 faizi karbon qazı, 2 faizi dəm qazı, 2 faizi isə müxtəlif karbohidrogenlərin qarışığı şəklində atmosferə atılır. Karbohidrogenlərin tərkibinə doymuş, doymamış və kanserogen karbohidrogenlər də daxil olmaqla, aromatik karbohidrogenlərin minlərlə növü daxildir.

Həm dəm qazı, həm də karbohidrogenlər canlı aləm bitkilər, heyvanlar və insanlar üçün zəhərləyici təsir göstərir. Hazırda daxiliyanma mühərriklərinin ixrac qazları ilə birlikdə il ərzində atmosferə atılan zəhərli maddələrin ümumi miqdarı milyon tonlarla hesablanır.

Yüz ildən artıqdır ki, dünyanın əlaqədar elmi-tədqiqat mərkəzlərində haqqında söhbət gedən zəhərli maddələrin zərərsizləşdirilməsi üzrə müvafiq axtarışlar aparılır. Bu gün dünyanın qabaqcıl ölkələrində qeyd etdiyimiz zəhərli maddələri zərərsizləşdirmək üçün platin, palladium birləşmələri əsasında hazırlanmış katalizatordan istifadə edilir.

Lakin bu üsulun çatışmayan cəhətləri katalizatorların baha olması və onların tez-tez dəyişdirilməsinin vacibliyi hesab edilə bilər.

Həmin zəhərli maddələri zərərsizləşdirmək üçün onların yana bilmək xassəsindən istifadə etmək olar. Məlumdur ki, dörd taktlı karbüratorlu daxiliyanma mühərriklərinin üçüncü, işçi taktının əvvəlində yanma kamerasındakı sıxılmış benzin-hava qarışığına qığılcım verilməsi nəticəsində işçi qarışığın partlaması baş verir. Yanma kamerasında temperatur 2500 0C-yə qədər yüksəlir. Partlayış təxminən saniyənin milyonda — biri qədər vaxt aparır.

Bu zaman ərzində, yanacağın tərkibində olan karbon atomlarının 96 faizə qədəri yanaraq karbon qazına, hidrogen atomları isə suya çevrilir. Qalan 4 faiz karbon atomları, əsasən oksigen çatışmadığı üçün dəm qazı və karbohidrogenlər şəklində atmosferə atılır.

İxrac qazları qarışığına müəyyən qədər hava, yəni oksigen əlavə etməklə dəm qazı və karbohidrogenlərin axıracan yanmasına nail olmaq mümkündür.İxrac qazlarının 600-800 0C olan istiliyi və qazların kollektorlardan atmosferə atılana qədər keçdiyi bir neçə saniyəlik yol yanmanı təmin edə bilər.

Fikrin səmərəliliyini yoxlamaq üçün kollektorlardan başlayaraq atmosferə çıxışa qədər ixrac qazlarını aparan yol əlavə metal örtüklə təchiz edilir. Bununla da çıxışda ixrac qazlarının istiliyini 300 0C ətrafında saxlanmasına nail olunur. Kollektorların, hər birindən olmaqla cəmi həmin anda mühərrikin işlətdiyi havanın 25 faizi qədər havanın əlavə edilməsi ixrac qazları tərkibində olan bütün zəhərli maddələrin tamamilə yanmasına səbəb olur.

Kollektorlardan sonra, ixrac qazları ilə əlavə olunan havanın yaxşı qarışması üçün kiçik bir kameranın quraşdırmasına ehtiyac vardır.

Yer atmosferində ozonun azalmasının birinci səbəbkarı dəm qazıdır. Atmosferə hər il milyon tonlarla atılan dəm qazı havada olan sərbəst oksigenin köməyi ilə karbon qazına qədər oksidləşir. Ozonla dəm qazı arasındakı reaksiyanın sürəti, oksigenlə dəm qazı arasında gedən reaksiyanın sürətindən çox yüksək olduğu üçün, dəm qazı rast gəldiyi ilk ozon molekulu ilə dərhal reaksiyaya girir. Ancaq atmosferdə olan oksigenin miqdarı ozonun miqdarından hədsiz dərəcədə artıq olduğu üçün dəm qazının oksidləşməsi əsasən birinci tənlik üzrə gedir.

2CO + O2 -> 2CO2
CO + O3 -> CO2 + O2 "
İxtiralarının səmərəsi
Bu ixtiranın tətbiqi ozon təbəqəsinin xilasını da təmin edəcəkdir.
Bir qayda olaraq dizel mühərriklərində ixrac qazlarının çıxış istiliyi xeyli aşağı olur. Ona görə də dizel mühərriklərində teploizolyasiya işləri daha etibarlı düzəldilməlidir. Dizel mühərriklərinin ixrac qazlarında kifayət qədər oksigen olduğu üçün ixrac sisteminə əlavə hava verilməsinə ehtiyac yoxdur.
Pənah Qurbanovun fikrincə bu ixtiranın patentləşdirilməsi müəyyən qədər vaxt aparacaqdır. İxtira cəmiyyətə yüz milyonlarla dollar səmərə vəd edir.
Bədii yaradıcılığı
Pənah Qurbanov həm də bədii yaradıcılıqla məşğuldur. İlk şerlər kitabı "Göyçə — gözüm işığı" 1991-ci ildə işıq üzü görmüşdür. 2005–2006-cı illərdə poetik əsərlərinin 5 cildliyi çapdan çıxmışdır.

O, poetik axtarışlarla yanaşı, musiqi alətlərinin (saz, kamança, tar, qaval) təkmilləşdirilməsi üzərində işləmişdir.


Tarix: 05.02.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 302 Bölmə: Qərbi Azərbaycan