beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qalib İmanov

Qalib İmanov (tam adı:İmanov Qalib Gəncəvi oğlu; d. 8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu, Ermənistan SSR, SSRİ) — Tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012), invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri.

Həyatı
Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir.

1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir.

Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir.

2001-2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.

Qalib İmanov Ukrayna Tibb Elmləri Akademiyasının M.D.Strajeska adına Kardiologiya İnstitutunda "Ürək çatışmazlığı və exokardioqrafiya" üzrə kurs (18 fevral 2000 – 18 aprel 2000), Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Koşu Yolu Ürək Elmi Araşdırma Mərkəzində İnvaziv Kardiologiya üzrə (1 may 2002 – 28 iyun 2002), Bursa şəhərinin Uludag Universitetində İnvaziv Kardiologiya kursu (3 noyabr 2003 – 28 yanvar 2004) və həmin universitetdə Pediatrik Kardiologiya kursu (12 sentyabr 2006 – 8 dekabr 2006) keçmişdir.

2009-cu ilin mart ayında Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər və Reanimasiya kafedrasının assistenti olub. 11 aprel 2012-ci ildə Tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.

50-yə qədər elmi məqaləsi yerli və xarici jurnallarda çap olunmuşdur.

2014-cü ildən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında İnvaziv və pediatrik Kardioloq, Kardiologiya şöbəsinin müdiri olaraq fəaliyyət göstərir.


Tarix: 05.02.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 165 Bölmə: Qərbi Azərbaycan