beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elman İsgəndər

Həyatı
Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir.

1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir. 1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə “Botanika” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Sonrakı illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

1995-ci ildə dosent diplomu almışdır.

2000-ci ildən 2007-ci ilə qədər Türkiyədə Qaziantep Dövlət Universitetində Botanika Bağı yaratmaq və Biologiya bölümündə ders demək məqsədi ilə orada dosent vəzifəsində çalışmışdir.

2012-ci ilin yanvar ayında “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin, reproduksiyasının və repatriasiyasının elmi əsasları” mövzusunda biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamış, müvəffəqiyyətlə müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

2014-cü ildən Bakı Dövlət Universitetinin “Bioekologiya” kafedrasında professor vəzifəsinə seçilmişdir. Hal-hazırda AMEA Mərkəzi Nəbatat Bağında “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri vəzifəsində çalışır.

Ailəsi
Evlidir, 2 övladı var.


Tarix: 05.02.2015 / 14:19 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Qərbi Azərbaycan