beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəmbər Namazov

Həyatı
Qəmbər Namazov 1932-ci il avqustun 25-də Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olub.

1938-1952-ci illərdə Güllübulaq kənd orta məktəbində oxuyub.

1952-1957-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb.

1958-1961-ci illərdə MDU-nun Mexanika-riyaziyyat fakültəsində aspiranturada oxumuşdur.

1962-ci ildə «Parabolik tənliklər üçün Koşi və sərhəd məsələsinin həlli haqqında» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı almışdır.

1957-ci ildən BDU-da çalışır.

Azərbaycanda təhsilin və elmin inkişafındakı böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır

Ailəlidir, dörd övladı var.


Tarix: 05.02.2015 / 15:48 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Qərbi Azərbaycan