beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasəli Abbasəliyev

Abbasəli Abbasəliyev - həkim kardioloq, Mərkəzi Neftçilər Xəstəxanasının İntervension Kadiologiya şöbəsinin müdiri, Azərbaycan Kardiologiya Cəmiyyəti idarə heyətinin üzvü, tibb elmləri namizədi.

Həyatı
Abbasəli Abbasəliyev 1970-ci il 22 apreldə anadan olub.

1991-1997–ci illərdə Turkiyənin İzmir şəhərində Dokuz Eylül Unversitetinin Tibb fakultəsində təhsil alıb.

1997-2001-ci illərdə İzmir Egey Universitetinin Kardiologiya Kafedrasında ixtisaslaşma keçərək, elmi işini müdafiyə edib kardiologiya mütəxəssisi adını alıb.

2001-2003-cü illərdə İzmirdə xüsusi Atakalb Ürək Xəstəlikləri Xəstəxanasında işləmişdir.

2003-ci ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanasında kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib.

2006-cı ildən Mərkəzi Neftçilər Xəstəxanasında İntervension Kardiologiya bölməsinin müdiri vəzifəsində çalışır.


Tarix: 05.02.2015 / 16:28 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Qərbi Azərbaycan