Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əkbər Qocayev

Həyatı
Qocayev Əkbər Ədilxan oğlu 1956-cı ildə Qərbi Azərbaycanın Amasiya bölgəsinin Çaybasar kəndində anadan olub.

1978-ci ildə Həsən bəy Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1978-1991-ci illərdə Oğuz rayonunda orta məktəblərdə müəllim, tədris işləri üzrə direktor müavini və direktor, 1992-2001-ci illərdə Sumqayıt şəhərində yerləşən liseydə tədris işləri üzrə direktor müavini, 2001-2007-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tarix kafedrasının müdiri vəzifəsində çalışıb. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, A.Hüseynzadə adına 20 saylı orta məktəbin direktoru vəzifəsinə təyin edilib.

Öz mənalı ömrünün son günlərinə kimi həmin məktəbin direktoru vəzifəsində işləyib.

O, 14 adda "Azərbaycan tarixi" və "İnsan və cəmiyyət" dərsliklərinin, 4 adda proqramın, 30-dan çox elmi-metodik və dərs vəsaitinin həmmüəllifidir.


Tarix: 05.02.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Qərbi Azərbaycan
loading...