beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəhmət Şahverdiyev

Həyatı
Zəhmət Şahverdiyev 11 noyabr 1942-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur.

1949-1958-ci illərdə Kotanlı kəndində səkkizillik, 1958-1961-ci il illərdə Qovuşuq kəndində tam orta məktəbi bitirmişdir.

1966-1970-ci illərdə Bakı şəhərində, ADPİ-də əyani şöbə üzrə təhsil almış, buranı tarix ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968-1970-ci illərdə həmin institutda “Beynəlxalq münasibətlər üzrə mühazirəçi” ixtisası almışdır. 1970-ci ildə Azərb.SSR Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə ADPİ-nun Naxçıvan filialına müəllim təyin edilmişdir.

1978-1981-ci illərdə Azərb.SSR EA Tarix İnstitutunun aspiranturasında qiyabi şöbə üzrə təhsil almışdır.

1984-ci ildə elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1989-cı ildən isə dosent vəzifələrində çalışmışdır. 2011-ci ildə isə AMEA-nın Naxçıvan bölməsində “XIX və XX əsrin əvvəllərində Naxçıvanda siyasi vəziyyət, regionun sosial-iqtisadi və mədəni inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2007-ci ildən bü günə kimi Naxçıvan Dövlət Universitetində Azərbaycan tarixi kafedrasına rəhbərlik edir. 60-dan artıq elmi əsər, 6 kitab, və 2 proqram müəllifidir. Ailəlidir, üç övladı var.

Mükafatları
2002-ci ildə Azərbaycan Respublikasındakı ali məktəblər arasında təlimdə, tədrisdə apardığı işlərə görə NDU-nun Humanitar fakültəsi birinci yerə çıxdığından Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.

2006-cı ildə Azərbaycan Respublikası Prezdentinin fərmanı ilə “ Azərbaycanın əməkdar müəllimi ” fəxri adını almışdır. 2006-cı ildə Türkiyə Respublikası Kocaeli Böyükşəhər Bələdiyyəsində Uluslararası Sosial Bilimlər Konqresində elmi məruzələrə görə təşəkkür almışdır. 2008-ci ildə Misir Ərəb Respublikasının Qahirə Universitetində elmi Sertifikat almişdır.

2008-ci ildə Naxçıvan Dövlət Universitetində “İlin alimi” adına layiq görülmüşdür.


Tarix: 05.02.2015 / 16:23 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Qərbi Azərbaycan