beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağtala monastır kompleksi

Ağtala monastırı (gürc. ახტალის ტაძარი; erm. Ախթալա վանք) – Qərbi Azərbaycanın Loru mahalında, Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5 – 3 km aralıda yerləşən qədim türk və gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Ağtala qalası Şəddadilərin və Atabəylərin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi qədim dövrlərdən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922 – ci ildə köçüb gəlmişdir.


Tarix: 05.02.2015 / 13:19 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Qərbi Azərbaycan