beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd İmanlı

Həyatı
Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969-1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983-1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993-1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006-2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur.

100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.

Ailəlidir 3 övladı var.


Tarix: 05.02.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Qərbi Azərbaycan