beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmamla namaz qılmaq və bununla əlaqəli məsələlər...

İqamə verildikdə fərz namazdan başqa heç bir namaz qılınmaz:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İqamə verildiyi zaman fərz namazdan başqa heç bir namaz qılınmaz»[1].
Malik ibn Buheynə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iqamə verildikdən sonra bir nəfər kişinin iki rükət namaz qıldığını gördü. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını bitirdikdən sonra camaat onun ətrafına toplaşdı və Peyğəmbər həmin kişiyə dedi: «Sübh namazını dörd rükət qılırsanmi?! Sübh namazını dörd rükət qılırsanmi?!»[2]

İmamla namaz qılarkən “Təkbirətul İhram”a yetişməyin fəziləti:
Ənəs ibn Malik Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim birinci təkbirə yetişərək qırx gün camaatla namaz qılarsa iki şeydən bəraət qazanar: Cəhənnəm atəşindən və münafiqlikdən»[3].

İmam namazı bitirdikdən sonra məscidə gələnlər:
Səid ibn əl-Museyyib deyir ki, bir nəfər ənsarlı ölüm ayağında olarkən belə dedi: Mən sizə bir hədis danışacağam. Bunu yalnız savab qazanmaq üçün danışıram. Demək mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Biriniz gözəl şəkildə dəstəmaz alıb namaza gələrsə, o, sağ ayağını qaldırmamış, izzət və cəlalət sahibi Allah onun üçün bir savab yazar. Sol ayağını isə yerə qoymamış izzət və cəlalət sahibi Allah, onun bir günahını silər. İstəyən evini məscidə yaxın, istəyən də uzaq etsin. Əgər o məscidə gəlib camaatla namaz qılarsa, günahları bağışlanar. Həmçinin camaat namazın bir hissəsini qıldıqdan sonra gələr və yetişdiyini onlarla qılar, qalanını isə tamamlayarsa, deyilən savaba nail olar. Eləcə də, camaat namazı bitirdikdən sonra məscidə gələr və namazı qılarsa yenə də deyilən savabı qazanar»[4].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim gözəl şəkildə dəstəmaz alıb məscidə gedər və camaatın namazı bitirdiyini görərsə, Allah ona camaat namazı qılanların və orada iştirak edənlərin savabı kimi savab verər. Lakin bu onların savabını azaltmaz»[5].

İmamın hansı vəziyyətdə olmasına baxmadan, dərhal imama qoşulmaq:
Əli ibn Əbu Talib və Muaz ibn Cəbəl, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edirlər: «Biriniz namaza gəldikdə imam hansı vəziyyətdədirsə o da imamın vəziyyətini alsın»[6].

_____________________________________________________________

[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 263. Müslim: 1/ 493/ ? 710. Əbu Davud: 4/ 142-143/ ? 1252. Tirmizi: 1/ 264/ ? 419. İbn Macə: 1/ 364/ ? 1151. Nəsai: 2/ 116.
[2] Buxari: 2/ 148/ ? 663. Rəvayətin bu mətni onundur. Müslim: 1/ 493/ ? 711.
[3] Hədis həsəndir. Səhih Sünən Tirmizi: ? 200. Tirmizi: 1/ 152/ ? 241.
[4] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 527. Əbu Davud: 2/ 270/ ? 559.
[5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 528. Əbu Davud: 2/ 272/ ? 560. Nəsai: 2/ 111.
[6] Hədis səhihdir. Səhih Sünən Tirmizi: ? 484. Səhih əl-Cami əs-Səğir: ? 261. Tirmizi: 2/ 51/ ? 588.


Tarix: 01.05.2013 / 17:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar