Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu il ən kiçik zəvvar 23 günlük körpədir

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən ən kiçik zəvvar 23 günlük körpə, ən yaşlı insan isə 106 yaşlı qadındır.

Zəvvarların hər ikisi Türkiyə vətəndaşıdır. Ərəfatda toplanacaq dünya müsəlmanları arasında ən kiçik hacı olan 23 günlük Nisa adlı körpə dünən axşam ailəsi ilə birlikdə Məkkəyə gəlib. Körpənin valideynləri bildiriblər ki, altı il öncə Həcc ziyarətinə getmək üçün müraciət ediblər. Ailəyə müqqədəs ziyarətə getmək üçün növbə bir neçə gün əvvəl, ikinci uşaqları dünyaya gəldikdən sonra çatıb.

Gənc ailə şanslarını əldən vermək istəməyərək Həcc ziyarətinə yenicə dünyaya gələn körpə ilə birlikdə gəlməyə qərar verib. 106 yaşlı zəvvar isə indi Ərəfata qalxmağa hazırlaşır.

MenbeI ANSPRESS.az


Tarix: 21.11.2012 / 15:48 Müəllif: [Ram] Baxılıb: 300 Bölmə: Maraqlı melumatlar
loading...