Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Borcu ödədikdə üstündə hədiyyə vermək

Sual: Rəfiqəm mənə borca paltartikən maşın vermişdi. Təşəkkür etmək üçün paltartikəndə onun üçün bir şey tikmək yaxud bir hədiyyə almaq istəyirəm. Bu cür etmək ribanın növlərindən hesab olunurmu?

Cavab: Həmd Allaha məxsusdur.

Sizin bu əməliniz rəfiqənizin sizə etdiyi yaxşılığın müqabilində ona hədiyyə vermək və bu yaxşılığını mükafatlandırmaq sayılır. Riba sayılmır. Bu cür etmək Sünnət sayılır. Səhih bir hədisdə İbn Ömərin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir: “Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “Kimsə sizə bir yaxşılıq etsə onun əvəzini verin. Bir şey tapa bilməsəniz bunun əvəzini verdiyinizə tam qane olana kimi onun üçün dua edin”. Hədisi ən-Nəsai “Zəkat” (2520) bölməsində rəvayət etmişdir. Şeyx əl-Albani “Səhih ən-Nəsai”də (2407) hədisin səhih olduğunu bildirmişdir.

Allah-Təala buyurur: “Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?” (ər-Rəhman, 55:60)

Buxari, Əbu Hureyrəyə (Allah ondan razı olsun) istinadən onun belə söylədiyini xəbər vermişdir: “Peyğəmbərin bir kişiyə dəvə borcu var idi. Dəvə yiyəsi hesablaşmaq üçün gəldi. Peyğəmbər (əshabələrinə üz tutaraq) dedi: “Borcunu verin”. Onlar həmin yaşda dəvə axtardılar, tapa bilmədilər. Bundan bir yaş böyük dəvə tapdılar. Peyğəmbər dedi: “Bunu ona verin”. Borc yiyəsi dedi: “(Borcumu) tam ödədiniz, Allah sizə tam ödəsin”. Peyğəmbər dedi: “Sizin ən xeyirliniz borcunu ən gözəl şəkildə ödəyəndir”. (əl-İstiqrad və sədəd əd-duyun, 2393)

İbn Həcər demişdir: “Bu bir sübutdur ki, Peyğəmbər dəvə yiyəsinə olan borcunu haqlı olduğundan artıqlaması ilə ödədi. Hədis Peyğəmbərin necə gözəl əxlaqlı, olduqca həlim, təvazökar və insaflı olduğunu nümayiş etdirir”.

Hədisdə keçən borcun ödənməsi ilə borca pul verib geri ödəndikdə üstündə əlavə ödənişin şərt qoyulduğu borc arasında böyük fərq var. Bu ikincisi ribanın (sələmçiliyin) məhz özüdür. Müvəffəq edən Allahdır”.


Tarix: 02.04.2013 / 20:39 Müəllif: *Beyaz_Gul* Baxılıb: 164 Bölmə: Maraqlı melumatlar
loading...