Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yatarkən sağa dönün!

Tibbi araşdırmalar göstərir ki, insanın müxtəlif istiqamətlərdə yatışı onun sağllamlığı üçün çox önəmlidir. Tibb elmi müəyyən etmişdirki, nəfəs alınan burun dəlikləri ilə beyin yarımkürələri arasında və həmçinin sinir sistemləri arasında bağlılığ mövcuddur. İnsan sağ tərəfi istiqamətində yatarkən, onun sağ burun dəliyi tıxanır və sol burun dəliyi açılır.

Sol burundan alınan nəfəs, sağ beyin yarımkürəsinin aktivliyini artırır.Sağ beyin yarımkürəsinin aktivləşməsi isə sinir sistemimizin fəaliyyətinin yaxşılaşmasına, ürək döyüntüsünün tənzimlənməsinə və mədə-bağırsaq sistmenin normal fəaliyyətinə çox müsbət təsir göstərir .
Dolayısı ilə qəlbimiz daha az yorulur, yuxuya getməmiz asanlaşır.Nəticədə bütün orqanlarımız dincəlir və sonrakı iş günü üçün kifayət qədər enerji toplaya bilir. Bəs onda gəlin görək sol tərəfə yatdığımız zaman orqanizmimizdə nə baş verir? Sol tərəfə yatarkən, sol burun dəliyi tıxanır və sağ burun dəliyi açılır. Bu isə sinir siteminin fəaliyyətini pozur. Bu zaman insan həyacanlanmış kimi olur və ürək döyüntüsünün sürətlənməsi nəticəsində ürək daha da fəaliyyətini yüksəldir və nəticədə yorulur. Bu səbəbdən yuxu prosesi çətinləşir. Çünki ürək döyüntüsünün artması, həyacanın çoxalması və diqətin artması yuxu prosesini çətinləşdirir.Nəticədə vücudumuz tam dincəlmir və növbəti gün üçün bədənimiz yorğun bir halda olur.


Üzü üstə və ya qarnı üstə yatdığımızda nə baş verir?

İnsan üzü üstə yatdıqda, ürək, ağ ciyərlər və mədə sıxışmaya məruz qaldığı üçün, sonradan bu orqanlar insana müxtəlif ağrılar törədir. Bu cür yatış, ümumiyyətlə insan orqanizmi üçün çox zərəli bir yatış formasıdır.

Bel üstündə yatdıqda nə baş verir?

Bel üstündə yatmaq insan orqanizminin tam dincəlməsinə mane olur. Çünki bu durumda insanın burun dəliklərinin ikisi də gündüzlər olduğu kimi açıq olur.Bu isə beyin yarımkürələrinə mənfi təsir göstərir.Həmçinin bu cür yatış tərzi mədə-bağırsaq üçün də zərərlidir.

Ən faydalı və demək olar ki, ən zərərsiz yatış forması sağ tərəf istiqamətində yəni sağ üzü üstə yatmaqdır.Bu cür yatış tərzi həm ürək, həm mədə, həm də sinir sitemi üçün çox əlverişlidir. Ən maraqlı fakt isə odur ki, sağ üzü üstə yatmağın faydasını müsəlmanlar 1400 il bundan öncə bilmişlər. Məhəmməd Peyğəmbərin (s.a.s) müsəlmanlara qoyub getdiyi bu sünnət (yol) , son dövrdə tibb elminin araşdırmaları nəticəsində insanlara bunun nə dərəcədə faydalı olduğunu bir daha sübut edir. Məhəmməd Peyğəmbər (s.a.s ) yatarkən daim sağ tərəfi üstə uzanar, sağ əlini isə yanağının altına qoyardı.Bu cür yatmağı isə daim öz ümmətinə tövsiyyə edərdi.

İndi düşünün ki, Məhəmməd Peyğəmbərin (s.a.s ) bir yatış sünnətinə əməl etmək nə qədər faydalıdırsa, digər sünnətlərə əməl etməklə də insanlar həm bu dünyada , həm də ki axirət dünyasında xoşbəxtliyə və səadətə nail olacaqlar.Uca Allah Qurani Kərimdə belə buyurur:”… Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin…(Əl-Həşr,7) Allah bizə bütün işlərimizdə Məhəmməd Peyğmbərin (s.a.s) yoluna tabe olmağı nəsib etsin.Amin.


Tarix: 11.04.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Maraqlı melumatlar
loading...