beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə namazı

1.Abdullah ibn Ömər və Əbu Hüreyrədən rəvayət olunur ki, onlar Allah elçisinin minbərin üstündə duraraq belə deməsini eşitmişdilər: «İnsanlar gərək cümə namazlarına laqeyd münasibət bəsləməkdən əl çəksinlər, əks halda Allah-taala onların qəlblərini möhürləyəcək və onlar da qafillərdən olacaqlar». Hədisi Müslim rəvayət etmişdir.
2.Səhl ibn Sədin belə deməsi rəvayət olunur: «Yalnız cümə namazından sonra dincələr və nahar edərdik». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Müslimə aiddir.
Digər rəvayətdə isə «Allah elçisinin zamanında...» əlavəsi vardır.

3.Sələmə ibn əl-Əkvanın belə deməsi rəvayət olunur: «Allahın elçisi ilə birgə cümə namazını qılırdıq. Dağılışıb gedəndə isə kölgələnmək üçün heç divarların kölgəsi də yox idi». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Buxariyə aiddir.
Müslimin rəvayətində deyilir: «Günəş zeniti keçdikdən son¬ra onunla cümə namazını qılırdıq və sonra da kölgəlik axtarmağa qayıtdıq».

4.Cabir ibn Səmurədən rəvayət olunur ki, Peyğəmbər (sav) xütbəni ayaq üstə söyləyər, bundan sonra oturar və sonra yenidən ayağa qalxar və xütbəni davam etdirərdi. Hər kim sənə onun oturaraq xütbə söyləməsini desə, bil ki, o yalan deyir. Hədisi Müslim rəvayət etmişdir.

5.Cabir ibn Abdullahdan rəvayət olunur ki, Allahın elçisi (sav) xütbə söyləyərkən gözləri qızarardı. Ordu başçısı tək səsini yüksəldər və qəzəblənərək deyərdi: «Yağı düşmən sizə səhər və axşam hücum edir!». O dedi: «Beləliklə, sözlərin ən doğrusu Allahın kitabı, yolların ən xeyirlisi Məhəmmədin yoludur. Əməllərin ən pisi isə (dinə sonradan gətirilən) uydurmalardır və hər bir yenilik (bidət) də zəlalətdir».
Hədisi Müslim rəvayət etmişdir.
Onun digər rəvayətində deyilir ki, Peyğəmbər (sav) öncə xütbə söyləyər və Allaha həmd-səna edər, bundan sonra səsini yüksəldərdi.
Həmçinin Müslimin başqa bir rəvayətində Peyğəmbərin (sav) belə deməsi rəvayət olunur: «Allahın düz yola yönəltdiyini heç kəs azdıra bilməz və Allahın azdırdığını da heç kəs doğru yola yönəldə bilməz».
Nəsainin rəvayətində Peyğəmbərin (sav) eyni zamanda «...və hər yolunu azma da Cəhənnəm oduna gətirib çıxarır» deməsi bildirilir.

6.Əmmar ibn Yasirin belə deməsi rəvayət olunur: «Allah elçisinin: “Kişinin namazı uzadıb xütbəni qısaltması onun dini dərindən bilməsinə dəlalət edir. Bu halda namazı uzadıb xütbəni qısaldın” – deməsini eşitdim».
Hədisi Müslim rəvayət etmişdir.


7.Ümm Hişam bint Harisənin belə deməsi rəvayət olunur: «Mən “Qaf! And olsun Şanlı Qurana!” surəsini yalnız Allah elçisinin hər cümə günü minbərdə ayaq üstə durub insanlara xütbə söyləyərkən oxuduğu zaman onun dilindən öyrənmişəm». Hədisi Müslim rəvayət etmişdir.

8.Cabirdən rəvayət olunur ki, cümə günü bir kişi Peyğəmbər (sav) xütbə söyləyərkən məscidə daxil oldu. Peyğəmbər (sav) ondan soruşdu: «Namaz qılmısan?» Dedi: «Xeyr». Onda Peyğəmbər (sav) ona: «Dur və iki rükət namaz qıl!» – dedi.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

9.İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər (sav) cümə namazında «əl-Cumuə» və «əl-Munafiqun» surələrini oxuyardı. Hədisi Müslim rəvayət etmişdir.

10.Numan ibn Bəşirdən rəvayət olunur ki, Allahın elçisi (sav) iki bayram və cümə namazlarında «Ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de!» və «[Ya Peyğəmbər! Dəhşəti aləmi] bürüyəcək qiyamətin xəbəri gəlib sənə çatdımı?» surələrini oxuyardı.
Hədisi Müslim rəvayət etmişdir.

11.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi 9sav) buyurmuşdur: «Sizlərdən biri cümə namazını qısa, ondan sonra dörd rükət nafilə namazı da qılsın».
Hədisi Müslim rəvayət etmişdir

12.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim qüsl alıb cümə namazına gəlsə, ona yazılmış namazı qılsa, imam xütbəni bitirənəcən sussa və sonra da onunla birgə camaat namazı qılsa, növbəti cümə gününədək və ondan əlavə üç gün onun günahları bağışlanacaq». Hədisi Müslim rəvayət etmişdir.

13.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) cümə gününü yada salaraq dedi: «Bu gündə elə bir saat vardır ki, həmin vaxt müsəlman olan kəs namaza durub, uca və böyük Allahdan istədiyini diləsə, onda hökmən buna nail olar». Sonra o əli ilə həmin dəqiqələrin azlığına işarə etdi. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Müslimin rəvayətində deyilir: «Bu, qısa bir vaxt müddətidir».
İbn Macənin Abdullah ibn Salamdan və Əbu Davudla Nəsainin Cabirdən rəvayət etdikləri hədisdə bu vaxtın əsr namazından gün batanadək olan müddət ərzində olması bildirilir.


Tarix: 25.04.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar