beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUA

Hər bir insan həyatının hər anında Uca Allaha möhtacdır və bu ehtiyacdan doğan ən zəruri əməl də məhz
duadır. Duanın insan həyatında, onun bu dünyada və axirətdəki halının müəyyən edilməsi baxımından rolu çox böyükdür. Hər bir kəs çətinliyə düşdükdə, hər hansı bir şeyə ehtiyacı olduqda Allaha dua edərək düşdüyü sıxıntıdan qurtulmağı Uca Allahdan istəyir. Dua, möminin silahı adlanır.. O, ən əzəmətli ibadətlərdən sayılır. Dua Allah və qul arasında olan bir bağlantıdır. Uca Allah kəramətli olduğu üçün insanların istədiklərini onlara verir. Uca Allah buyurur: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm”. (əl-Bəqərə, 186)

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlikedirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun
və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran, 102)

“Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən (çəkinin)! Həqiqətən, Allah sizə nəzarət edəndir!” (ən-Nisa, 1)

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar.” (əl-Əhzab, 70-71)

Hər bir insan həyatının hər anında Uca Allaha möhtacdır və bu ehtiyacdan doğan ən zəruri əməl də məhz duadır. Duanın insan həyatında, onun bu dünyada və axirətdəki halının müəyyən edilməsi baxımından rolu çox böyükdür. Hər bir kəs çətinliyə düşdükdə, hər hansı bir şeyə ehtiyacı olduqda Allaha dua edərək düşdüyü sıxıntıdan qurtulmağı Uca Allahdan istəyir. Dua, möminin silahı adlanır.. O, ən əzəmətli ibadətlərdən sayılır. Dua Allah və qul arasında olan bir bağlantıdır. Uca Allah kəramətli olduğu üçün insanların istədiklərini onlara verir. Uca Allah buyurur: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm”. (əl-Bəqərə, 186)

Təkəbbürlük üzündən Allaha dua etməyənə, Ondan istəməyənə Uca Allahın qəzəbi tutar. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir,60)

Dua: Onu edənə fayda verməklə yanaşı, həmçinin üz vermiş ziyandan qorunmağı və ya üz verə biləcək ziyanın dəf
edilməsini istəməyə deyilir.


Tarix: 13.04.2013 / 15:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Maraqlı melumatlar