Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənazəni daşımaq üçün yarışmaq

Sual-Bir çox müsəlman cənazələrində şahid oluram ki, insanlar cənazəni daşımağa tələsirlər və digərlərini kənara itəliyirlər. Onlar arxa tərəfdən gəlirlər və cənazənin qarşısında olanlar kənara çəkilirlər ki, onlar cənazəni daşısınlar. Onlardan nə üçün belə etdiklərini soruşuram və onlar deyir ki, bunun üçün əsas odur ki, cənazəni daşımaqla daha çox insan savab qazansın. Bu mənə nə isə qəribə görünür, çünki ehtimal var ki, meyit düşə bilə və bəzən həqiqətən də bu cür baş verir. Islamda bu cür əməlin bir əsası varmı?

Cavab-Həmd Allaha məxsusdur.

Peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət olunan səhih hədislərdə bildirilir ki, cənazəni müşayiət etmək, ardınca getmək sünnətdir. Buxari və Müslim Səhih əsərlərində Əbu Hüreyrə hədisində rəvayət edirlər ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Müsəlmanın müsəlman üzərində haqqı beşdir: salamına cavab vermək, xəstələndikdə onu ziyarət etmək, cənazəsinin ardınca getmək, dəvətinə icab etmək və asqıranda “Yərhəmuk Allah” (Allah sənə rəhm etsin) demək”.

Həmçinin onlar (Buxari və Müslim) Əbu Hüreyrədən radiyallahu anhu rəvayət edirlər ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim vəfat edənə (cənazə) namazı qılınan qədər cənazədə iştirak edərsə ona bir qirat (savab) yazılar, kim vəfat edən dəfn edilənə qədər orada iştirak edərsə ona iki qirat (savab) yazılar”. Ondan sallallahu aleyhi və səlləm soruşdular: “Bu iki qirat nədir?” O dedi: “İki nəhəng dağın misli”.

Şübhəsiz ki, kim cənazəni daşıyarsa və yaxud meyit dəfn olunana qədər bunu daşımağa kömək edərsə, bu cür böyük və bundan daha çox savaba nail olacaqdır. Çünki bu məsələyə dair hətta heç bir səhih hədis olmasaydı belə, şəriətin ümumi qaydaları dəlalət edir ki, müsəlmanın cənazəsini daşımaq şəriətdə əmr olunmuşdur, məşrudur, çünki bu məsələ vəfat edənə yaxşı davranmağa aiddir. Lakin, sualda qeyd etdiyiniz kimi bu cür davranış (sizin qeyd etdiyiniz şəkildə daşımaq) bir-birini itələmək və dürtməklə nəticələnəcəksə, o zaman həmin münkərin qarşısını almaq xeyir iş görməyə cəhd etmək üzərində üstünlük təşkil edir, ondan önə keçir. Cənazəni daşımaqla savab qazanmağı ümid edənin mükafatı, müsəlman qardaşlarına qarşı şəfqətli davranaraq bu əməli tərk edənin savabından böyük deyildir. Bu o demək deyildir ki, bunu tərk edən insan (cənazəni daşımaqdan) acizdir.

Şeyx Sad əl-Hümeyd



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Maraqlı melumatlar
loading...