beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bərzax həyatı

İnsan həyatı 3 dövrə bölünür:
1) Yaşadığımız həyat, ölümlə nəticələn həyat
2) əl-Bərzax həyatı, ölümlə başlayan və Qiyamətə qədər sürən həyat
3) Axirət həyatı, insanların qəbirlərdən yenidən dirildilmələri ilə başlayıb, Cənnətdə və ya Cəhənnəmdə ömür sürəcəkləri daimi həyat

Dünyasını dəyişmiş insanın qəbirdəki həyatı yaşadığımız həyatdan fərqlidir. Bu həyat xüsusi bir həyatdır, insanın ölümündən sonra başlanan bu həyat əl-Bərzax adlanır, yəni Qiyamətə qədər olan həyat. Bu həyatda onun nə yeməyə, nə də içməyə ehtiyacı olacaq. Hər bir insan qəbirə qoyulanda, onun ruhu qəbrin sıxılmasını hiss edəcək. Qəbrin sıxılması insan qəbrə qoyulduqda baş verəcək ilk şeydir. Heç kim bu qəbr sıxılmasından qurtula bilməyəcək, yəni hamıya olacaq. Peyğəmbər (s.ə.s) demişdir: "Qəbrin sıxılması var. Əgər kimsə onun sıxılmasından qurtula bilsəydi, Sad bin Muaz qurtulardı." (Əhməd, 6/55, 98. Şeyx Əlbani, Silsilə əs-Səhihə, 1685).


Sonra qəbirdə mələklər ona suallar verəcəklər: "Rəbbin kimdir", "Dinin nədir", "Peyğəmbərin kimdir". Mömin insan belə cavab verəcək, Rəbbim Allahdır, Dinim İslamdır, Peyğəmbərim isə Muhamməddir. Sonra ona yenə sual veriləcək, Muhamməd barədə nə bilirsən? O, deyəcək: "O, Allahın rəsuludur. O, bizə haqqı çatdırmış və biz ona inanmışıq və onun sünnəsi ilə getmişik. Mələklər ona deyəcəklər: "Biz bilirdik ki, sən mömin idin." Sonra Cənnətin darvazaları onun üçün açılacaq və o, Cənnətin rahatlığını və bərəkətini hiss edəcək. Mələklər deyəcəklər: "Bu sənin Cənnətdəki yerindir." Sonra ona Cəhənnəmdə bir yer göstərəcəklər və ona deyiləcək: "Əgər sən Allaha küfr etsəydin, itaətsizlik göstərsəydin, bu sənin yerin olacaqdı" (Sünən Əbu Davud, 4753. Şeyx Əlbani, Səhih əl-Cami, 1676). Kafirlərdə isə bunların əksi olacaq. Qəbirdəki sorğu-sual ilk hesablaşma olacaq. Böyük Hesab günü isə, Axirət günü olacaq. Əgər qəbirdə ilk haqq-hesab vaxtı sınaqdan yaxşı çıxdınsa, Qiyamətə qədər qəbirdə sənə rahatlıq olacaq və Axirət günü ikinci haqq-hesab zamanı asan olacaq. Əgər sınaqdan pis çıxdınsa, bu halda ikinci haqq-hesab zamanı vəziyyətin çətin olacaq.


Ona görə də həm həm bu dünyada, həm Bərzax həyatında, həm də Axirətdə ziyana uğrayanlardan olmamaq üçün çalışmaq lazımdır. Allah kömək olsun.


Məcmuu Fətava vəl Məqalət, İbn Bəəz, səh 338


Tarix: 10.04.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Maraqlı melumatlar