Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHLARA BİGANƏLİYİN TƏHLÜKƏSİ

Allah mənə və sənə mərhəmət eləsin, möhtərəm oxucu, bil ki, izzət və cəlal sahibi Allah öz bəndələrinə tam səmimiyyətlə tövbəni vacib bilmiş və buyurur: “Siz ey iman gətirmişlər! Allaha tam səmimiyyətlə tövbə edin!” (ət-Təhrim, 8).

Kəramət sahibi olan katiblər yazını başlayana qədər Allah-təala bizə tövbə üçün möhlət verir. Peyğəmbər (s.a.v.) buyurur: “Sol tərəfindəki mələk qələmi qaldırıb altı saat (Çox güman ki, bu halda məlum astronomik saat nəzərdə tutulur ki, bu bir gecə və ya gündüz qədərdir.) xəta edən müsəlman bəndə üçün əlində saxlayır. Bəndə peşman olub bağışlanma diləsə, o, qələmi kənara qoyur. Əks halda hər bir hadisəni qələmə alır”(Ət-Təbərani “əl-Kəbir”, əl-Beyhəqqi “Şüabül İman” və əl-Əlbani “Silsilətül əhadis səhihə” 1209.)

Yazıdan sonra əcəl çatana qədər də yeni bir möhlət verilir.
Bu gün adamların çoxunun faciəsi bundadır ki, onlar təkəbbür göstərib Allahdan bağışlanma istəmirlər, gecə-gündüz müxtəlif növ günahlara yol verirlər. Onlardan bəziləri öz günahlarını kiçiltmək bəlasına düçar olurlar. Görürsən ki, biri özlüyündə kiçik günahlara nifrət etsə də deyir: “Bir baxış, yaxud qadınla (Bu halda əcnəbi dedikdə məhrəm olmayanlar nəzərdə tutulur.) əllə görüşməyin nə zərəri ola bilər?”.


Bunlar curnallarda və kino-filmlərdə gözlərini na-məhrəmlərə dikir, bəziləri bu işin haram edildiyini bilə-bilə ona yol verir.
Bu nə qədər pis bir işdir? Bu günah böyükdür, yoxsa kiçik? Belə bir hadisənin şahidi olsan, onları İmam əl-Buxarinin (Allah rəhmət eləsin) “Səhih” əsərindən götürülmüş iki deyimin məzmunu ilə müqayisə et:
1) Ənəs (Allah ondan razı olsun!) demişdir: “Siz bilməlisiniz ki, əməllər sizin gözünüzdə tükdən də incədirlər. Allah peyğəmbərinin (s.a.v.) dövründə biz onların gətirə biləcəyi aqibəti hesaba alırdıq”.

2) İbn Məsud (Allah ondan razı olsun!) demişdir: “Mömin öz günahlarını elə görür ki, elə bil o, dağın altında onun uçulacağından qorxa-qorxa oturmuşdur. Abırsız günahkar üçünsə günahları bir milçək kimidir, burnunun ucundan vızıltı ilə uçub keçir, o isə əli ilə onu qovur”.

3) Bu adamlar Peyğəmbərin (s.a.v.) aşağıdakı hədisini oxuduqda indi bu işin nə qədər təhlükəli olmasını nəzərə alır-larmı? Peyğəmbər (s.a.v.) buyurur: “Siz və öz günahlarına biganə qalanlar. Öz günahlarına biganə qalanlar vadinin dibində yaşayan tayfa kimidir. Hərə çöp boyda bir günahla gəlsə, onları yığıb öz yeməklərini bişirirlər. Günah ona biganə qalan günahkarı məhv edir”. Bu hədisin başqa bir rəvayətində deyilir: “Siz və günahlarına biganə qalanlar. Günahlar sahiblərinin başının üstünü alıb onları məhv edirlər”
(Əhməd. Səhihül cəmii 2686-2687.)

4) Alimlər qeyd etmişlər ki, həyanın azlığı, biganəlik və Allahdan qorxmamaqdan doğan kiçik günah biganəlik üzündən böyük günah dərəcəsinə çatır, ona əlavə edilməsə də. Buna görə israr və inadkarlıq olan yerdə kiçik günah olmaz, bağışlanma dilənən yerdəsə böyük günah olmaz.
Bu halda olan şəxslərə üz tutub deyirik: Günahın kiçikliyinə baxma, kimin günaha yol verdiyinə bax.
İnşaallah, günah etdiklərini, təqsirkar olduqlarını hiss edən, özünü itirməyib batil əməldə israr etməyən sadiq adam-lar bu sözlərdən faydalanacaqlar.
Bu sözlər Allahın aşağıdakı buyuruğuna iman gətirənlər üçündür: “Ya Məhəmməd! Qullarıma xəbər ver ki, tövbə edəcəkləri təqdirdə Mən, həqiqətən, bağışlayan və rəhm edənəm! Eyni zamanda əzabım da çox şiddətli əzabdır!” (əl-Hicr, 49-50).


Tarix: 08.04.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqlı melumatlar
loading...