beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi valideynlərinin evinə getməkdə həyat yoldaşına mane olur

Sual: Problem yaradırlarsa və ailə işinə müdaxilə edirlərsə valideynlərinin evinə getməyə zövcəsinə mane olan kişi barədə hökm nədir? Ailəsi ilə münasibət, əlaqə saxlamaq üçün qadından ən minimum tələb olunan nədir? Məktub yazmaq və yaxud telefonla zəng etmək kifayət edir?

Cavab: Bəli. Əgər (valideynlərinin evinə getmək) qadının dininə pis təsir edirsə və yaxud kişinin haqqlarının pozulması ilə nəticələnirsə, qadına valideynlərinin evinə getməsinə mane olmaq üçün onun haqqı var. Bu belədir, çünki bu cür vəziyyətdə, hallarda onların yanına getmək üçün ona mane olması, bu cür (mənfi) təsirlərə məruz qalmaqdan onu çəkindirmək, qorumaqdır. Bu cür hallarda qadın onların yanına getmədən belə valideynləri ilə məsələn məktub yazmaq və yaxud telefonla onlara zəng etməklə əlaqə saxlaya bilər. Lakin bir şərtlə ki, bu cür etmək hər hansı bir təhlükə ilə nəticələnməməlidir. Allah sübhənahu və təala buyurur: “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-nəsihətə) qulaq asın” (ət-Təğabun 16)

Allah daha yaxşı bilir.

Kişinin haqqlarını saxlamaq, qorumaqda qadına bu işdə müdaxilə edən və onu öz kişisinə qarşı çıxmağa təhrik edən kəs ilə əlaqədar şiddətli xəbərdarlıq varid olmuşdur. Hədisdə qeyd olunmuşdur:

“Qadını ərinə qarşı döndərənlər lənət olunmuşdur”. (Əbu Davud)

...mənası qadının öz kişisinə qarşı münasibətinin, davranışının pis şəkildə korlanmasına və ona qarşı çıxmağa, asilik etməyə səbəb olan kəs.

Qadının ailəsinə vacibdir ki, qızları ilə qızının əri arasında gözəl münasibətin yaranmasına çalışsınlar və buna təşiviq etsinlər. Çünki bu həm qızın, həm də onların xeyrinədir.

əl-Muntaqa min Fətəvə Fədilətuş Şeyx Salih ibn Fouzan, cild 3, səh.246, Fətva ? 372


Tarix: 05.04.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqlı melumatlar