beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəvətçinin üzrləri

Təmbəllik

Bu gün islam dəvətçiləri Allaha həmd olsun insanları islama dəvət edirlər. Amma bəzən biz bilərəkdən və bilməyərəkdən dəvət zamanı bir çox nöqsanlara yol veririk. Elə olur ki, hətta bir dəvətçini gördükdə onun başqalarını küfr etdiyini, kiməsə hökm verdiyini, kimisə ya kafir və ya münafiq, ya da müşrik adlandırdığını görürük. Amma bütün bunlar hökm verdiyi insanda olmaya bilər. Onda bəs qiyamət günü hökm verən insanın halı necə olacaq. Biz bu məsələlər ətrafında istəyirik ki, burada belə bir məsələyə toxunaq və bildirək ki, dəvət necə olmalıdır, dəvət zamanı hansı bəhanələr gətirilir.

Bəs sizin qarşınıza dəvət zamanı hansı bəhanələr gətirilib. Bu barədə bizə yazıb göndərin ki, burada dərc edək. Bu həm yeni dəvətçilər üçün, həm də dəvətə yönələnlər üçün faydalı olsun. Bu gün ilk olaraq sizə zəif dəvətçilərin vəsflərindən olan və bu gün bütün islam ümmətini əhatə edən bir bəladan təmbəllikdən danışacağıq. Bu barədə sadəcə olaraq Doktor Əbu Hüzeyfənin “Bir dəvətçinin üzrləri” kitabından təmbəlik haqqında yazılanları nəzərinizə çatdıracağıq. Həmin kitabda müəllif qeyd edir:
“Əz-Zəbidi; Təmbəllik, yoldan çıxmaq deməkdir. Görülən işdə irəliləmədən yerində dayanmaqdır. Geri qalmaq deməkdir.
(Tac-ül- Arus: Cild 4, səh 319)
-ül-Mənzur; Təmbəllik, görülən işi tərk edib geridə qalmaqdır.
(Lisanü-l-Ərəb, Cild 6, səh 177)

Bu izahlardan sonra bilinməlidir ki, doğru yoldan azan hər təmbəl üçün açıq-aşkar bir çox bəhanə uydurulmuşdur. Həm də bu bəhanələr həm hər bir fərd üçün, həm də hər bir cəmiyyət üçün ayrı-ayrı bəhanələrdir”. Biz sizlərə bu bəhanələrin hamısı haqqında inşallah gələcəkdə xəbər verəcəyik. Hələlik bəhanələrin adlarını sizə qeyd edim. Bunlar əsasən aşağıdakılardır:
- Qocalıq bəhanəsi,
- Pul qazanmaq bəhanəsi,
- İşləmək bəhanəsi,
- Vaxtı qaçırdıq, zaman da dəyişdi bəhanəsi,
- Bir az da başqaları etsin bəhanəsi
- Plansız-proqramsız olmaz bəhanəsi
- Başqalarının marağı yoxdur bəhanəsi və. s qeyd etmədiyimiz digər bəhanələr.
Bəs siz hansı bəhanələri edirsiniz? Ya da siz hansı bəhanələri gətirənləri tanıyırsınız. Bizim qeyd etmədiyimiz digər bəhanələr haqqında da siz bizlərə yazıb göndərin ki, burada maraqlı və zəngin materiallar olsun. Allah sizdən razı olsun.
Yaşlılıq bəhanəsi
Əziz ziyarətçilərimiz! Biz sizə söz verdiyimiz kimi islama dəvət edənlərin və bizim islama dəvət zamanı bizə qarşı gətirilən bəhanələrdən yazmağı söz vermişdik. Allah təalanın köməyi və dəstəyi ilə biz tədricən bu bəhanələri sizə yazıb bildirəcəyik, sonra isə bu bəhanələrin müalicəsi haqqında qeyd edəcəyik. Hələlik onu qeyd edək ki, bu gün islam dəvətçilərinin ən əsas bəhanələrindən biri də qocalıq bəhanəsidir. Yaşlanmaq, özü ilə bərabər bir sıra problem, xəstəliklər və digər ağırlıqlar gətirir. Təbii ki, yaşlı insanlarla cavan insanlar eyni enerjidə, eyni gücdə və eyni imkanda olmurlar. Amma “bəziləri yaşları bir az çoxalandan sonra, müəyyən yaş həddinə gələndən sonra: “Artıq qocaldım. Taqətim qalmadı. Daha əvvəl etdiklərim, əməllərim mənə kifayət edər” deməyə başlayır. Pensiyaya çıxıb işdən uzaqlaşması, onu Allaha ibadətdən və xidmətdən də pensiyaya çıxmağını zənn edir (tərcüməçi: Yəni pensiyaya çıxmaqla o artıq işləmir və pensiya məvacibi alır, elə zənn edir ki, işdən pensiyaya çıxdığı kimi, Allaha ibadətdən və qulluqdan da pensiyaya çıxıb). Belə düşünən müsəlman qardaşlarımız məgər bilməzlər ki, bir dəstə gedir və gedəcəkləri yer də cənnətdir? Dəstədən geri qalarsa və gecikərsə heç kim ona əhəmiyyət verməyəcək və öz yanlarına götürməyəcəklər. Bundan başqa, məgər o, bilməz ki, saleh (yaxşı) əməl üçün heç bir yaş həddi yoxdur? Əksinə olaraq uca Rəbbimiz buyurur ki: “- Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!
(əl-Hicr (Daşlı sahə) surəsi, 99)
Həsən əl-Bəsri deyir ki: Allah təala saleh (yaxşı) əməl üçün ölümdən başqa heç bir əngəl təqdir etməmişdir.
Həzrəti Aişə (r.a) rəvayət edir ki, Vəraqa bin Növfəl, Peyğəmbərə (Allahın salamı və xeyir bərəkəti ona və ailəsinə olsun) dedi ki: “Sənin öz peyğəmbərliyini elan etdiyin zamana çatsam sənə çox kömək edəcəyəm”. Halbuki, bu sözləri deyəndə o çox qocalmış və gözləri tutulmuşdu. Buna baxmayaraq köməkçi olacağına dair söz vermiş və köməyinin çox və qalıcı olması üçün gənc və güclü olmağı çox istəmişdir.
Ənəs bin Malik (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Əbu Təlhə əl-Ənsari (Allah ondan razı olsun) Tövbə surəsini oxuyarkən, “- (Ey möminlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!”(ət-Tovbə (Tövbə) surəsi, 41) ayəsinə gəldikdə, “Mən Rəbbimizin bu ayətdə gənclər və qocalar olaraq cəm halda, hamılıqla cihada çıxın deyə əmr etdiyini anlayıram” dedi və öz övladlarına onu cihad üçün təchiz edib, lazimi avadanıqlar vermələrini əmr etdi. Bunu gördükdə övladları dedilər ki: “Allah sənə xeyir versin. Rəbbinə qovuşana qədər Peyğəmbərlə (Allahın salamı və xeyir bərəkəti ona və ailəsinə olsun) döyüşdün. Rəbbinə qovuşana qədər Əbu Bəkr və Ömərlə (Allah onlardan razı olsun) də savaşdın. Artıq bəsdir, indi də sənin yerinə biz döyüşək”. Əbu Təlha (Allah ondan razı olsun) övladlarının bu təklifini qəbul etmədi. Nəhayət onu da cihad üçün lazimi avadanlıqlarla təchiz etdilər. Sonra gəmiyə mindilər. Elə gəmidə olarkən şəhid oldu. Dəfn etməyə bir ada tapmadılar. Yeddi gün keçdi. Nəhayət bir ada tapıb orada dəfn etdilər. Dəfn etmək üçün çıxardıqlarında gördülər ki, cəsədi pozulmamış, şəhid olduğu vaxt necədirsə eləcədə tər-təmizdir.
İmam Şafi buyurdu ki, Dünyada rahatlıq istəmək şəxsiyyətli insanlara yaraşmaz. Çünki şəxsiyyətli insanlardan heç biri heç vaxt rahat bir həyat sürməmişdir. Hər zaman yorğunluq və sıxıntı içərisində olmuşlar.
Zahidlərdən birinə sual verirlər ki:
-Müsəlman necə yaşamalıdır ki, Allah təalanın seçkin qullarından olsun?
Deyir ki:
-Rahatçılığı tərk edib bütün gücünü Allah təalaya itaətdə sərf etməklə.
Peyğəmbərlərin (Onlara salam olsun) həyat yoluna baxsaq, görərik ki, hamısı qırx yaşından sonra vəzifələndirilib ölənə qədər tövhidə dəvətdən geri qalmamışlardır.
Ömər bin əl-Xəttab (Allah ondan razı olsun), yaralanıb ölümlə burun-buruna gəlməsinə baxmayaraq, daha əvvəl ediyi işlərdən, yaxşı əməllərdən əlini çəkməmiş, yarasından qan axa-axa müsəlmanlarla bağlı vəzifəsini yerinə yetirmişdir. Ölüm döşəyində olarkən Peyğəmbərin (Allahın salamı və xeyir bərəkəti ona və ailəsinə olsun) özlərindən razı olaraq vəfat etdiyi beş kişini seçərək bir şura təşkil etmiş, aralarından da birini xəlifə seçmələrini məsləhət etmiş və beləliklə müsəlmanları rəhbərsiz qoymamışdır.
Hüzeyfədən (Allah ondan razı olsun) soruşurlar ki:
-Yaşayan ölülər kimlərdir?
O da cavabında deyir ki:
Bir pislik görüb, əli ilə və dili ilə dəyişməyən və ya qəlbiylə qəzəbi tutmayandır”.
(Dr Əbu Hüzeyfə, Bir davetçinin mazeretleri, səh 19-23)
Ona görə də hər bir yaşlı insan bütün bunları düşünməli və özü də heç bir bəhanə gətirmədən islama sarılmalı və həyatının sonuna qədər Allahın dininə kömək etməlidir. Həm özüm üçün, həm də sizin üçün dua edib istəyirəm ki, Allah təala bizi Öz dininin köməkçisi etsin və bizi hər cür xəstəliklərdən qorusun. Amin!


Tarix: 15.04.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 299 Bölmə: Maraqlı melumatlar