beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Xeyir Qapısıdır

İslam xeyirli iş və saleh əməllərlə məşğul olmağa, zərər və şər gətirən işlərdən isə uzaq olmağa çağırır. Nə xırda, nə də böyük bir faydalı iş yoxdur ki, islam bizi ona tərəf istiqamətləndirməsin. O, təkcə Allaha ibadət etməyə, ona heç bir şeyi şərik qoşmamağa və ona inanmağa çağırır.

İnsanları elmə və biliyə sövq edir. Sözdə və əməldə ədalətli və dürüst olmağı, yaxşılığı, qohum-əqrəba, qonşu, dost və bütün insanlarla gözəl münasibət saxlamağın vacibliyini əmr edir. İslam yalançılığın, zülmün, qəddarlığın, itaətsizliyin, paxıllığın, əxlaqsızlığın, xəyanətin və fırıldaqçılığın əleyhinədir. O, eyni zamanda vəfalı olmağın, səmimiliyin, birliyin, həmrəyliyin, qarşılıqlı məhəbbətin və əliaçıqlığın tərəfdarıdır. İslam düşmənçiliyi, bir-birinə kin-küdurət bəsləməyi, firqələrə parçalanmağı, pis davranışları, haqsız olaraq kiminsə əmlakını mənimsəməyi və kiminsə hüquqlarını tapdalamağı qəti şəkildə rədd edir. Eyni zamanda insanların haqqını ödəməyi, həm qanuni, həm şüuri, həm də xarakterik baxımdan bəyənilən hər bir yaxşı və mənfəətli işləri əmr edir. Həmçinin qanuni, şüuri, və xarakterik baxımdan pis, çirkin və murdar əməlləri nəhy edir. İnsanları yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olmağa, günah iş görməkdə və düşmənçilik etməkdə isə bir-birlərinə kömək etməməyə çağırır. Qəlbən məxluqa bağlanmağı və onların xatirinə əməl etməyi qadağan edir. İslam yalnız Allaha ibadət etməyi əmr edir və insanların dini mənsubiyyətinin, canının, ləyaqətinin, ağlının və malının toxunulmazlığını qoruyur. Bu din hər bir zamana, məkana və ümmətə müvafiq bir dindir və bu dinin peyğəmbəri olan Məhəmməd (S) insani keyfiyyətlər baxımdan ən yüksək əxlaqa malikdir. Məhz bu keyfiyyətinə görə də o, məxluqatın ağası hesab olunur.


Tarix: 13.04.2013 / 16:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar