Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağdad bəy Məlikyeqanlı

Məlikyeqanlı Bağdad bəy Məlik İsay oğlu (1757-1809) Qarabağ bəylərindən, müsəlmanlığı qəbul etmişdi



Həyatı

Bağdad bəy Məlik İsay oğlu 1757-ci ildə Qarabağın Dizaq mahalının paytaxtı Tuğ kəndində anadan olmuşdu. Atası Məlik İsay bir müddət Dizaq mahalının məliyi olmuşdu. İbrahimxəlil xan Cavanşirə qarşı çıxdığından 1781-ci ildə öldürüldü. Bağdad bəy Ərdəbilə qaçdı. Orda özünə müttəfiq axtardı. Nəzərəli xan Şahsevən onu tutub Ərdəbil qalasına saldı. 1795-ci ildə müsəlmanlığı qəbul etdi və Ağa Məhəmməd şah Qacarla Qarabağa gəldi. Şah İrana dönəndən sonra Qarabağ xanı ilə yaxınlaşdı. Xan onu himayəsinə aldı.



Ailəsi

Bağdad bəyin Məlik Aslan bəy, Əlihüseyn bəy, Baba bəy adlı oğulları vardı.


Tarix: 28.02.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqlı melumatlar
loading...