beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şaban Ayı

İlahi feyz və bərəkətin yer üzünü bürüdüyü bu mübarək ay, möminlər üçün karlı və qazanclı fürsətdir.Ehsan və bağış ayı olan günlərdə əməl dəftərimizə yazılan ibadətlər, hər an şeytan və nəfsin gətirdiyi qəflət, vəsvəsə və şübhə oxlarına bir növ qalxan vəzifəsinin yerinə yetirərək həqiqi iman və rahatlıq qaynağı olur. Çünki fərqinə varmadan və ya bir anlıq qəflət içində işlətdiyimiz xəta və qüsurların kəffarəsi olacaq yaxşılıqlar ən bərəkətli şəkildə bu günlərdə əldə edilə bilər. Bundan başqa bu ibadətlər gələcəkdə hücuma məruz qala biləcəyimiz günahlar üçün də sipərdir. Rəsulullah (s.a.v.) Aləyhissalatu Vəssəlam digər aylara nisbətən bu ayda daha çox oruc tutardı.

Başda Hz. Aişə Validəmiz olmaqla Səhabələrin bəyanına görə Peyğəmbərimiz bəzən Şəban ayının çoxunu , çox günlərini oruclu keçirərdi. Digər günlər, bazar ertəsi və cümə axşamı günlərində oruclu olan Rəsuli Əkrəm maddi və mənəvi hikmətinə görə oruc ibadətini tez-tez edərdi.
Bu xüsusda Hz. Aişənin (r.a.) belə bir rəvayəti vardır: "Rəsulullah Aləyhissalatu Vəssəlam bəzı aylarda çox oruc tutardı. Hətta, biz, onu bu ayda heç iftar etmədiyini sanardıq. Bəzı aylarda da çox iftar edərdi. Hətta, biz, onu bu ayda heç oruc tutmadı deyərdik. “ Hz. Aişədən başqa bir rəvayətdə bu mövzuda bunlar buyurulur:
"Rəsulullah Aləyhissalatu Vəssəlam ilin heç bir ayında Şəban ayındakından daha çox oruc tutmazdı"
Peyğəmbərimiz(sav) buyurmuşdur:
"Əməllərdən gücünüz çatanı edin. Çünki siz yorulmadıqca, Allah da sizinlə əsla yorulmuş kimi rəftar etməz. Allah yanında əməlin ən məqbulu, az da olsa davamlı olaraq edilən əməldir.”
Yenə Hz. Aişə, İbn Macədə keçən başqa bir rəvayətində də: “O (Rəsuli Əkrəm) bütün Şəban ayını orucla keçirərək ,nəhayət Şəbanı Ramazanla biləşdirərdi.” deyərək Peyğəmbərimizin bu ayda daha çox oruc tutuduğunu ifadə edir. Bu iki rəvayətdən hədis alimləri, Peyğəmbərimizin bəzi illər Şəbanı bütövlükdə, bəzi zamanlarda da çox günlərini oruclu keçirdiyi qənaətinə gəlmişlər. Hədisdə keçən “bütün” mənasına gələn “kull” kəlməsi ərəbcə çoxluq mənasında işlənirdi.
Şəban ayında oruc, namaz, sədəqə kimi ibadətlərin və digər imani və islami xidmətlərin çox edilməsinin bir hikməti də, qarşıda gələn Ramazan ayı üçün zehnən, bədəncə və ruhən bir hazırlıq və alışqanlığa səbəb olmasıdır. Çünki bəzi insanlar, “Necə olsa, Ramazan gələndə daha çox ibadət edərik” deyə qəflət və tənbəlliyə qapılırlar. Bununla Şəban ayında edilən ibadətlər bu pərdəni aradan qaldırır. Bu xüsusda Peyğəmbərimiz, Hz. Usamə bin Zeydin sualına işarə etməkdədir. Hz. Usamə soruşur:
"Ya Rəsulullah, Şəban ayında tutduğunuz qədər heç bir ayda oruc tutduğunuzu görmədim “ (Ramazan xaric)
Peyğəmbər Aləyhissalətu Vəssəlam belə buyurur:
"Rəcəb və Ramazan ayları arasında bu Şəban ayında insanlar qafildir. Bu elə bir aydır ki, əməllər, Aləmlərin Rəbbinə bu ayda ucaldılır. Mən oruclu ikən əməllərimin ucaldılmasını sevirəm."
Bu mübarək günləri dəyərləndirərək gün və gecələrimizi mənəvən daha çox bərəkətli qılarsaq, bu ayın feyzindən daha çox istifadə etmiş olarıq. Bu ayda tutulan oruc fərz və vacib olmayıb sadəcə sunnətdir. Peyğəmbərimizin yolunu davam etdirərək savab və mükafatına nail olmaq üçün oruc tutmağa cəhd etməliyik. Allahu Təala bizləri Şəban ayının nurundan və feyzindən ən əzəli mərtəbədə istifadə edən qullardan eyləsin. Amin.


Tarix: 17.04.2013 / 12:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Maraqlı melumatlar