beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muhəmməd Ümmətinin fəziləti

Rəvayət edilir ki, Abdullah ibn Ömər Allah Elçisinin (SallAllahu aleyhi va sallam) belə dediyini eşitmişdir: «Sizdən öncə gəlib-getmiş ümmətlərin (dünyada qaldığı müddətlə) müqayisədə sizin qaldığınız müddət əsr namazından günbatana qədər olan vaxt kimidir.

Tövrat əhlinə Tövrat verilmişdi və onlar (Allahın hökmlərinə) riayət edirdilər. Nəhayət, günortaya yetişdikdə yorulub əldən düşdülər və buna görə də onlara bir qirat (Burada qirat deyildikdə Qiyamət günü əməlisaleh mömin insanların payına düşən mükafat nəzərdə tutulur.) (mükafat) verildi. İncil əhlinə də İncil verilmişdi; onlar əsr namazınadək (Allahın hökmlərinə) riayət etdilər və axırda yorulub əldən düşdülər, buna görə də onlara bir qirat (mükafat) verildi. Daha sonra bizə Quran verildi və biz gün batanadək (Allahın hökmlərinə) riayət etdik, buna görə də bizə iki qirat (mükafat) verildi. Belə olduqda hər iki Kitab əhli deyəcək: «Ey Rəbbimiz! Sən onlara iki qirat, bizə isə bir qirat verdin. Halbuki biz onlardan daha çox əməl etmişik». Allah buyuracaq: «Məgər Mən sizə mükafat verdikdə sizə qarşı haqsızlıq etmişəm?» Onlar: «Xeyr!» - deyə cavab verəcəklər. Onda Allah buyuracaq: «Bu Mənim lütfümdür, onu istədiyimə verirəm». (əl-Buxari 9. Kitəbul-Məvakitis-Salət 532, 557, 2268, 2269, 3459,5021, 7467, 7533.)

Səuban rəvayət edir ki, Allah Elçisi (SallAllahu aleyhi va sallam) demişdir: «Həqiqətən Allah yer üzünü mənim üçün bükdü, mən də onun məşriqini də, məğribini də gördüm. Ümmətimin hökmranlığı mənə göstərilən yerlərə qədər çatacaqdır. Mənə qırmızı və ağ iki xəzinə (Qırmızı xəzinə dedikdə İraqın hökmdarı Kəsranın əsasən qızıldan olan xəzinəsi, ağ xəzinə dedikdə isə, Şamın (indiki Suriya, İordaniya, Fələstin və İsrail) hökmdarı Qeysərin əsasən gümüşdən olan xəzinəsi nəzərdə tutulur.) verildi. Rəbbimdən ümmətimi kütləvi qıtlıqla həlak etməməsini və onların üstünə özlərindən başqa heç bir düşmən salmamasını dilədim. Həqiqətən mənim Rəbbim belə buyurdu: «Ey Muhəmməd! Mənim verdiyim hökm əsla dəyişməz. Mən ümmətini kütləvi qıtlıqla həlak etməyəcəm və onların üstünə özlərindən başqa heç bir düşmən salmayacam. (Düşmən) hər tərəfdən onlara qarşı birləşsə belə, (müsəlmanlar) bir-birilərini öldürməyincə və bir-birilərini əsir etməyincə, (onlara zərər verə bilməzlər)» (Muslim 2889 (5144, 7440) )


Digər rəvayətdə isə belə deyilir: «…Ümmətimdə qılınc qalxarsa, Qiyamət gününə qədər enməz. Heç şübhəsiz ümmətim üçün azdıran rəhbərlərin meydana gəlməsindən qorxuram. Ümmətimdən dəstə-dəstə adamlar bütlərə ibadət edəcək və ümmətimdən dəstə-dəstə adamlar müşriklərə qatılacaqlar. Qiyamət saatından əvvəl otuza yaxın yalançı dəccal olacaq. Onların hər biri özünün peyğəmbər olduğunu iddia edəcək. Ümmətimdən bir tayfa Allahın əmri yetişənədək daima haqq üzərində olaraq qələbə çalacaqlar, müxalif olanların da onlara bir zərəri toxunmayacaqdır». (İbn Macə 3952, 4087. əl-Albani səhih hesab etmişdir.)

Abdullah ibn Amr ibn əl-As rəvayət edir ki, Peyğəmbər (SallAllahu aleyhi va sallam) Allahın İbrahim haqqında: «Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir» (İbrahim 36) və İsa haqqında: «Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!» (əl-Maidə 118) ayələrini oxuyarkən əllərini qaldırdı və: «Allahım! Ümmətim, ümmətim!» - deyərək ağladı.Allah buyurdu: «Ey Cəbrail! Rəbbin (onun bu vəziyyətini) daha yaxşı bilir, Muhəmmədin yanına get və ondan soruş: «Səni ağladan nədir?» Cəbrail da onun yanına gəlib soruşdu. Allah Elçisi (SallAllahu aleyhi va sallam) də onun duasının Allahın daha yaxşı bildiyini ona xəbər verdi. Allah buyurdu: «Ey Cəbrail! Muhəmmədin yanına get və de: «Şübhəsiz ki, Biz səni ümmətindən razı edəcəyik və səni məyus etməyəcəyik». (Muslim 346/ 202 (301, 520).


Tarix: 10.04.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar