beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın muhafizəsini və himayəsini təmin edən əməllər

Fəcr namazını camaat ilə qılmaq

Cundub ibn Abdullah (r.a) dan rəvayət olunur ki peyğəmbər (s.a.v) demişdir: “Fəcr namazını camaat ilə qılmış kimsə, Allahın himayəsi altındadır”.
(Muslim, 657.)

Fərz namazlarından sonra “əl-Kursi” ayəsini oxumaq

Abdullah ibn Həsən öz atasından, atası isə babasından (rşa) rəvayət edirlərki, peyğəmbər (s.a.v) demişdir: “Fərz namazından sonra “əl-Kursi” ayəsini oxuyan kimsə, gələn namaza qədər Allahın muhafizəsi altında olacaqdır”.
(At-Tabarani “əl-Kəbir” əsərində rəvayət etmişdir. Hafiz əl-Munziri və əl-Xəysami hədisin isnadının həsən olduqunu bildirmişlər. Şeyx Abdulqadir əl-Arnaut və Şuayb əl-Arnaut onlarla razılaşmışlar. Bax “Məcmu əz-Zəvaid”, 2/148 və “Təxric zəad əl-mə‘ad”, 1/164. )

Həmçini peyğəmbər (s.a.v) demişdir: “Hər fərz namazdan sonra “əl-Kursi” ayəsini oxuyan kimsəni, Cənnətə daxil olmaqdan yalnız ölüm saxlar”.
(ən-Nəsai “Əməlül-yaumi ua-lleylə”, 100 və ibn əs-Sunni “Əməlül-yaumi ua-lleylə”, 124 əsərində rəvayət etmişlər. Hədisin səhih olduqunu əl-Munziri, İbn Abdul-Hadi, İbn Həcər, əl-Heysami, İbn Kəsir, İbn əl-Qeyyim, əs-Suyutı, əd-Dımyəti və əl-Albani kimi imamlar təsdiqləmişlər. )


İxlasla təvəkkül etmək


Uca Allah buyurur: “Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər”. (əl-Ənfal, 64.)
Əbu əd-Dərda (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) demişdir: “Kim səhər və axşam yeddi dəfə “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir!”(ət-Tauba, 129.) – kəlmələrini təkrarlasa, ona öz dünya və axirət problemlərinin həlli üçün Allah yetər”.

حَسْبِيَ اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ
/Hasbiyə-Llahu lə iləhə illə hu-ua ‘aleyhi tauakkaltu ua huua Rabbul-‘Arşil-‘Azım/.

(İbn əs-Sunni “Əməlül-yaumi ua-lleylə”, 71 əsərində rəvayət etmişdir. Hədisin səhih olduqunu şeyx Abdulqadir əl-Arnaut və Şuayb əl-Arnaut təsdiq etmişlər. )

Uca Allah buyurmuşdur:
“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”. (ət-Təlaq, 3.)

Həmd olsun aləmlərin Rəbbi olan Allaha!
Peyğəmbərimizə, onun ailəsinə, sahabilərinə və onların yolunu təqib edənlərə səlat və salam olsun!


Tarix: 11.04.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqlı melumatlar