Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fitnə - fəsad törədənləri Uca Allah sevməz

27.O kəslər ki, Allahla əhd – peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə - fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!
204. İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.

205. O, dönüb getdikdə yer üzündə fitnə - fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. Allah isə fitnə - fəsadı sevmir.
206. Ona : “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!
(əl – Bəqərə - 27,204,205,206)


6.Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə - fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa keç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
(Ali – İmran – 6)


77. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşlıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə - fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə - fəsad törədənləri sevmir”.
(əl – Qəsəs - 77)


7.Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir cəmiyyətə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.
(əl – Hucurat – 7)

11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
12. çoxlu fitnə - fəsad törətmişdilər.
13. Rəbbin də onları əzabla qamçıladı.
14. Həqiqətən, sənin Rəbbin nəzarət edir.
(əl – Fəcr – 11,12,13,14)


Tarix: 11.04.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Maraqlı melumatlar
loading...