beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNSANLAR MƏHV OLUB DEMƏK

Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Əgər insan “camaat məhv olub” deyərsə, (bilsin ki) o, insanların ən çox məhv olanıdır”. (Müslim 2623, 4/2024)

Hədisin mənasına görə, belə deyən insan məhvə məhv olmuşların ən pisidir. Alimlərin yekdil fikirlərinə əsasən, peyğəmbərin (s) bu kəlamı insanlara xor baxan, onları pisləməklə alçaldıb özünü yüksəltmək istəyənlər barəsindədir. Heç bir insan Allahın öz məxluqatı barəsindəki sirlərini bilə bilməz. Lakin, özünün və camaatın vəziyyətinin pis olduğunu görüb onların halına acıyan kimsələrin belə ifadələr işlətməsi qəbahət sayılmaz. (Bax; Nəvəvi “Səhih Müslimin şərhi” 16/175) Məhv olanların ən pisi kimi vəsf edilən insanlara, bu sözü deməklə başqalarını eyibləyən, insanların qüsurlarını biabır etmək məqsədi ilə yayanlar aid edilir. Həmin insanlar ən pis vəziyyətdə olanlardır. Bu cür ifadələrlə insan özünü yüksəlmək istədiyi halda, Allah qatında kiçilir və hörmətsiz olur.


Tarix: 17.04.2013 / 12:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar