beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BÖYÜK GÜNAHLARIN SAYI

Alimlər böyük günahların sayı olub olmadığı barəsində ixtilaf edərək iki görüşə ayrılıblar:

BİRİNCİ – Böyük günahlarda say olduğunu qeyd edənlər də sayında ixtilaf etmişlər: İbn Məsud - radıyallahu anhu – deyir ki: «Dördür», İbn Ömər - radıyallahu anhu – deyir ki: «Yeddidir», Abdullah b. Amr - radıyallahu anhu – deyir ki: «Doqquzdur», İbn Abbas - radıyallahu anhu – deyir ki: «Onlar yeddi yüzə yaxındır»
(İbn Həcər «əz-Zəvacir» 1/9, İbn Cərir «Camiil Bəyan» 1/41, Fəthul Bəri 12/183)
İmam Zəhəbi – rahmətullahi aleyhi – «Yetmiş beş» demişdir.
Əbu Talib əl-Məkki – rahmətullahi aleyhi – deyir ki: «Mən bu böyük günahları səhabələrin sözlərindən götürərək cəm etdim və gördüm ki, dördü qəlbdədir: 1. Allaha şirk qoşmaq. 2. Günah üzərində israr etmək. 3. Allahın rəhmətindən ümüd üzmək. 4. Allahın məkrinə əmin olmaq. Dördü də dildədir: 1. Yalan şahidlik. 2. İffətli qadınlara böhtan. 3. Yalan and. 4. Sehr. Üçü də qarınla əlaqədardır: 1. İçki içmək. 2. Yetim malını yemək. 3. Riba (faiz). İkisi də övrət yeri ilə əlaqədardır: 1. Zina. 2. Lut qövmünün əməlini etmək. İkisi də əllə bağlıdır: 1. Öldürmək. 2. Oğurluq. Biridə ayaqla: 1. Döyüş meydanından qaçmaq. Biridə vardır ki, bütün bədənlə əlaqədardır: 1. Valideyinlərə ağ olmaq»
(İbn Qeyyim «Cəvabul Kəfi» s. 136, İbn Həcər «əz-Zəvacir» 1/12)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu kimi: «Yeddi həlak edici günahlardan çəkinin, sizə böyük günahların ən böyüyünü xəbər verimmi? və s. böyük günahlardan bəhs edən hədislər onu göstərir ki, böyük günahların sayı çoxdur. Bir hədisdə yeddisindən söhbət gedirsə, digərində doqquzundan və başqa böyük günahlardan bəhs edilir. Daha doğrusu böyük günahların sayı və sərhədi bəlli deyildir.
İKİNCİ – Böyük günahlarda say olmadığını qeyd edənlər isə deyirlər ki, bu haqda ayə və hədislərdə müəyyən say gəlməmişdir.


Tarix: 15.04.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar