beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkəbbürlünü Allah sevmir

87.Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.
(əl - Maidə - 87)

22.Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
23.Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.
(əl – Hədid – 22,23)


18. İnsanlardan təkəbbürlü üz çevirmə, yer üzündə özünü darta – darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.
(Loğman – 18)

43.Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərlik törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyir? Sən Allahın qayda – qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda – qanununda heç bir dəyişiklik də tapa bilməzsən.
(Fatir – 43)

2.Kafirlər təkəbbür və nifaq içindədirlər.
3.Biz onlardan öncə də neçə - neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.
(Sad – 2,3)


72. Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” – deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir!
(əz – Zumər – 72)


60.Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.
76. İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” Təkəbbürlülərin yeri necə də pisdir!
(Ğafir – 60, 76)

31. O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
32. Haqqı da yalan saydı və üz döndərdi.
33. Sonra da lovğa – lovğa öz ailəsinin yanına getdi.
34. Vay sənin halına, vay!
(əl – Qiyamə - 31,32,33,34)


Tarix: 11.04.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Maraqlı melumatlar