Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏPİLƏN XOŞ ƏTİRLƏR

Bu zaman Cənnət əhlinin başı üzərinə misk və daha əvvəl heç tanımadıqları Cənnət qoxularını səpmək üçün bir bulud gələr.
Düşün bir az! Əmrə hazır olan, nur saçan bulud ziyarətçilərin üzərilərinə xoş ətirlər yağdırar. Gözəl rayihələr yağış kimi onların üstünə yağıb üz və libaslarını nəfis qoxuya qərq edər.

Onlar yeyib-içdikdən, mələklərin gətirdiyi qiymətli libaslarla bəzəndikdən, buluddan üstlərinə xoş ətirlər səpildikdən sonra gözləri heyrətdən açılar və Allahın rəhmət və kərəminə heyran olarlar. Özünü də onların arasında təsəvvür et! Bu xoşbəxtliyi yaşamaq həsrətini hiss edə bilirsən?


Tarix: 13.04.2013 / 17:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...