Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İtmiş mal bir il boyunca elan olunmalıdırmı?

Sual: Bir az itmiş qızıl tapmışdım, onu satdım və pulunu sədəqə verdim. Bunu edərkən niyyətim-sahibini tapandan sonra- bunu qəbul etməzsə pulunu ona ödəmək idi. Çünki mən bunu böyük bir şəhərin ortasında tapmışdım. Bu cür etdiyimə görə mən günahkar sayılırammı?

Cavab: Sizə və digərlərinə vacibdir ki, hər kim itirilmiş mühüm mal taparsa bir il müddətində insanların görüşdükləri, toplaşdıqları yerlərdə ayda iki və yaxud üç dəfə olmaqla bunu elan etsin. Sahibi çıxarsa mal ona verilməlidir. Sahibi bilinməzsə o zaman bir il keçdikdən sonra mal sizin olur. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm bunu əmr etmişdir. Bunun bir istisnası var: həmin mal Harameyndə (Məkkə və Mədinədə) tapılarsa...Harameyndə məsul şəxslərə təslim olunmalıdır ki, onlar həmin malın sahibini müəyyən etsinlər. Bu da peyğəmbərin sallallahu aleyhi və səlləm Məkkədə söylədiyi kəlimələrinə əsaslanır:
“Orada (Məkkədə) düşən əşyaları götürmək qadağandır, yalnız elan olunmalıdır”. (Buxari 2434; Müslim 1355)

Və həmçinin rəsulullah sallallahu aleyhi və səlləm buyurur: “İbrahim Məkkəni müqəddəs (mübarək) etdiyi kimi mən də Mədinəni müqəddəs (mübarək) etmişəm”. (Buxari 2129; Müslim 1360)

Bununla belə, itmiş əşya kiçik bir şey isə və sahibi üçün əhəmiyyətsizdirsə, mühüm deyilsə məsələn ip, ayaqqabı bağı və yaxud kiçik məbləğdə pul isə, o zaman bunu elan etmək vacib deyil. Bunu tapan şəxsin həmin əşyadan istifadə etməyə və yaxud sahibinin adından sədəqə verməyə haqqı var. Bu hökmün bir istisnası var ki, itmiş dəvəyə və kiçik vəhşi ov heyvanlarına, məsələn canavar və s. digər heyvanlara aid edilir. Bunlar qadağan olunmuşdur. Çünki onları götürmək (saxlamaq) qadağandır. Bu da peyğəmbərin sallallahu aleyhi və səlləm sözlərinə əsaslanır:

“Onları buraxın (tərk edin), çünki onların öz ayaqları və öz qarınları var, belə ki, onların sahibi onları tapana kimi onlar suya gedə bilirlər və ağacları yeyə bilirlər.” (Buxari 2428 və Müslim 1722)



Fətəvə İsləmiyyə cild 6, səh.23-24


Tarix: 06.04.2013 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar
loading...