Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın adlarının açıqlanması

Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir
varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına
deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram.
Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları
davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları
möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İ
lah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri
olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən,
cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.

HAADİ

Ya Haadi! Sənsən qəlblərimizə haqq yolunu göstərən. Sənsən
vicdanımıza haqqı bəlli edən, hidayətini yar et mənə, Sənə
olan yolu yol et mənə, lütfünü bol et mənə!

NUR

Ya Nur! Sən varlıq aləminin nurusan. Gözə baxış verən sirr
Səndəndir, könüllərə nəşə verən sevinc Səndəndir, hər
parlayan işıq da Səndəndir. Səninlə nurlanır qəlbim,
Səninlə aydınlanır ağlım, nurunu yağdır mənə!

NAAFİ

Ya Naafi! Yoxkən var edişin mənə elə bir faydadır ki, sanki
kömürü almaza çevirmisən. Vicdanıma saxladığın sirr elə bir
cövhərdir ki, Adəmin (ə.s) peşmanlığını açıq edən dua
kimi. Qəlbimə qoyduğun məhəbbət elə dəyərlidir ki, İ
brahimə (ə.s) atəşi sərin edən sirr kimi. Mənə bəxş etdiyin
həyat elə bir kövsərdir ki, İsanın (ə.s) ölüləri diriltdiyi
toxunuşu kimi. Dərimə verdiyin afiyət elə bir məlhəmdir ki,
Eyyubun (ə.s) yaralarını sağaldan dərman kimi. Gözlərimə
dəyən nəzərin elə bir işıqdır ki, Yunusu 3 qaranlıqdan
çıxaran nur kimi. Üzümə təbəssümü qoyan yaradışın elə
gözəldir ki, Yusufun (ə.s) üzünə qoyduğun gözəllik kimi.
Mənə vəd etdiyin Cənnət elə bir müjdədir ki, Muhəmmədin
(s.a.s) canlar oxşayan təbəssümü kimi. Hər bir xeyir Sənin
əlindəndir, qatındakı xeyrə çatdır məni! Hər bir mənfəət
Sənin miqdarınladır, mərhəmtinlə mənfəət ver mənə! Hər
bir fayda Sənin izninlə gələr, lütfünlə faydalandır məni!
Sənsiz məndən mənə çarə yoxdur, Sənin yaxşılığına
ehtiyacım var. Sənsiz kimsədən kimsəyə fayda yoxdur, mənə
qəlbi təmiz olan lazımdır.

BARR

Ya Barr! Zərər də, fayda da Sənin izninlə olur. Zərərə izn
verməndə də bir hikmət vardır. Sən haqqımda zərər
istəməzsən. Yaxşılıq Səndəndir, pislik isə özümdəndir.
Yaxşılığa macalım yoxdur, Sən yaxşılaşdır məni! Zərər
kimi görünsə də, Sənin təqdir etdiyin həmişə faydalıdır. Ö
zümə fayda verə bilmirəm, zərərdən qurtar məni!

MAANİ

Ya Maani! Sən mane olsan, heç kim maneçilikləri aradan qaldıra
bilməz! Sən əngəlləri qaldırsan heç bir şey əngəl yarada
bilməz! Mən mənə gərək olanı bilməm. Hikmətli Sənsən,
Sənə gəlməmə əngəl olan şeylərdən məhrum et məni!

MÜĞNİİ

Ya Muğnii! Bütün zənginliklər Sənin ikramındır. Yalnız
əlimizdə olanlar deyil, əlimiz də Sənin ikramındır. Sadəcə
sahib olduqlarımız deyil, varlığımız da Sənin ikramındır.
Hər zənginin zənginliyi Səndəndir, başqalarına əl açdırma
məni! Yalnız Sənə qarşı fəqir olanlardan et məni və
yoxsulluq qorxusundan azad et nəfsimi! Nəyim varsa Sənin verdiyini
bilənlərdən et məni! Kainata dilənçi etmə qəlbimi, nazlı bir
qonağın olaraq qəbul et iki dünyada da məni!

ĞANİY

Ya Ğaniy! Elə zənginsən ki, nə lütfünü qazanmaq nə də
ehsanına layiq olmaq gərəkdir. Əlim istədiklərimə yetişmir,
qəlbimin arzuları da bitmir. Kainat xəyallarıma dar gəlir, amma
dilimə sadəcə dua dəyir. İstəsəm ancaq Səndən istərəm.

CAAMİ

Ya Caami! Sən İbrahimin (ə.s) quşlarını dağ başlarından
geri toplayansan, az olan savablarımı da topla hesab günü
gəldiyində! Bütün yaxşılıqlar Sənin qatındadır, yetərsiz
olan yaxşılıqlarımı topla hesab günü gəldiyində! Yoxluğu
varlığın alnına şəbnəm edən Sənsən. Kərəm et, məni və
qardaşlarımı yaxşıların məclisində bir yerə topla!

MUQSİT

Ya Muqsit! Haqq Sənin yanındadır, haqlıların haqqı Sənin
qatındadır. Hər möhtaca payını verən Sənin ədalətindir,
payıma düşənə razı et məni, Öz fəzilətindən bol ver mənə!

ZUL-CƏLALI VƏL-İKRAM

Ya Zul-Cəlali vəl-İkram! Sən kərəmini cəlalınla
göstərirsən. Lütfün elə çoxdur ki, bir damla suya min həyat
bəxş edərsən. Görünmürsən, amma zühurunun şiddətindən
gözlərdən gizlənirsən, cəmalını kərəminlə göstərirsən.
Sən ən sevgili qulunu (s.a.s) bizlərə elçi etmisən, ən sevgili
qulunu ən sevimli et mənə! Qaranlıqlarımı dağıt, nur et məni!

MALİKƏL-MULK

Ya Malikəl Mulk! Mülk Sənindir və Mülkündə dilədiyini
edərsən. Sənindir mülk, dilədiyini mülkünə daxil edərsən.
Bədənim Sənin mülkündəndir, hücrə-hücrə tək sahibim
Sənsən! Qəlbim Sənin əlindədir, üsyanda da, itaətdə də tək
sahibim Sənsən! Sözüm Sənin verdiklərindəndir, susduğumda da,
danışdığımda da tək sahibim Sənsən! Ruhum Sənin
əmrindədir, həyatımda da, ölümümdə də tək sahibim Sənsən.
Yoxluğumda da, varlığımda da tək Sahibim Sənsən. Mülkünün
xaricində bir yer yoxdurki çıxa biləm, başqa qapı yoxdurki
döyüm, yanına al məni!

ƏR-RAUF

- Ya Rauf! Yoxluğumda belə məni sorub var edənsən. Sən bütün
mərhəmətlilərin ən mərhəmətlisisən. Cəmalınla iltifat et
mənə, rəfətinlə müamələ et mənə!

ƏL-AFUVV

Ya Afuvv! Sən əfv edənsən, Sən əfv etməyi sevirsən, Sən
sevərək əfv edərsən. Sənin mərhəmətli baxışın bütün
günahları silib süpürər. Sənin əfvinin kölgəsində bütün
günah dəftərləri yanıb kül olar. Sən əfv etməyi o qədər
çox sevirsən ki, günahımı istəsən əfv edəcəyini bilsəm də
yenə əfv edərsən məni. Sən elə nəzakətlə əfv edərsən ki,
öz yaddaşımdan da silərsən işlətdiyim günahı, məhcub
etməzsən məni. Xətalarım var etiraf edirəm, qüsurlarım
çoxdur qəbul edirəm, üsyanlar etmişəm bilirəm, çox unutdum
utanıram. Unutduğumu da unutmuşammış, indi xatırlayıram,
əfvini umuram.

ƏL-MUNTƏQİM

Ya Muntəqim! Sən üsyana və inkara çox şiddətli qarşılıq
verirsən, intiqamın haqdır Sənin. Sən məzlumların ahını
eşidən və əzilənlərin halını görənsən, Cəhənnəmin
haqdır Sənin. Sən dilədəyini rəhm edər, dilədiyinə əzab
verərsən, ədalətin haqdır Sənin. Nəfsimi üsyandan uzaq tut,
nəfsimin əlinə buraxma məni! Qəlbimi üsyandan uzaq tut, ən
gözəl hala yönəlt qəlbimi. Zalimdən və zülmdən uzaq tut,
ədalitinə razı et məni! Ədalitini ver, qəzəbindən uzaq tut,
lütf et mənə!

ƏT-TƏVVAB

Ya Təvvab! Budur qapına gəldim, edə bilmədiyim bütün
tövbələr üçün Sənə tövbə edirəm. Dərğahına gəlmişəm,
üzr istəyə bilmədiyim bütün üzrlər üçün Səndən üzr
istəyirəm. Sənə dönürəm, çünki gedəcək başqa qapı
tanımıram. Məni necə qəbul etməzsən qapına, axı Sənin belə
dediyini bilirəm: ((Allah qəbul edəcəyini vəd etdiyi tövbə o
kimsələrin tövbəsidir ki, cahilliklə günah işlədər sonra da
tez tövbə edərlər. Bunları söyləməklə cahillik etdimsə,
tövbə ya Rəbbi! Tezcə Sənə tövbə edirəm, Sən tövbə
edənləri sevirsən, bilirəm.

ƏL-BARR

Ya Barr! Yox idim, heç yoxluğumdan xəbərim də yox idi.
Yaxşılıq edib məni var etdin. Heç anılmırdım və anılmağa
dəyərim də yox idi, yaxşılıq edib insan etdin məni. Bilmirdim
və bilmədiyimi də bilmirdim, yaxşılıq etdin Səni
tanıyanlardan etdin məni. İnanmırdım və Səndən heç xəbərim
də yox idi, yaxşılıq edib Sənə inananlardan etdin məni.
Kimsəsizdim, özümə dost axtarırdım, yaxşılıq edib Özünə
dost etdin məni. Yetim idim, sahibimi axtarırdım, yaxşılıq edib
rəhmətinə aldın məni. Xətalarım var, peşmanlıq duyuram,
yaxşılıq edib qapına çağırdın məni. Günahım çoxdur,
Səndən utanıram, yaxşılıq etdin əfvinə aldın məni. Səndən
yaxşılıq istəməyə nə ehtiyac var, mənim yaxşılıq
istəməyimi istəmən özü Sənin yaxşılığındandır. Sən
istəməyə də ehtiyac yoxdur, vermək istəməsəydin mənim
Səndən diləməmi də istəməzdin. Mən susuram ya Rəbbi, Sən
söylə yaxşılıqlarını.

ƏL-MUTƏAL

Ya Mutəal! Sən bütün ucalıqlardan ucasan, ucaların ucası
Sənsən. Sənsən ülvilərin ülvisi. Sənsən pərdələrin
gizlətdiyi. Sənsən görünənlərin göstərdiyi. Sənsən kainat
kitabının hecələdiyi. İgidlərin sahibi Sənsən, hər dilin uca
tutduğu Sənsən, üfüqlərin sahibi Sənsən. Sən mutəalsan,
hər şeydən ali, hər qüsürdan uzaq və hər nöqtədən paksan.
Sonsuz qüsurlar içində bir fəqirəm və hər qüsurum Sənin
kəmalını anlamam üçündür. Sən mutəalsan, hər şeyin
üzərində, hər şeydən üstün, hər şeydən öndə və hər
əksiklikdən münəzzəhsən. Sonsuz fəqirlik içindəyəm və
fəqirliyim Sənin rəhmətini dadmam üçündür. Sən mutəalsan,
mənsə sonsuz acizlik içindəyəm və acizliyim Sənin qüdrətinə
dayanmam üçündür. İlah Sənsən, Rəbb Sənsən, Mutəal
Sənsən! Qulluğumu, rizanı qazanmaq üçün vəsilə et!

ƏL-VALİ

Ya Vali! Nəfsimlə məni sınayan Sənsən, ömrümü əksildən
və artıran da Sənsən, ömrüm Sənin dilədiyindir. Malımı
azaldan da çoxaldan da Sənsən, əlimdəkilər Sənin verdiyindir.
Sən diləmədikcə mən diləyəməm. Dilədiyim Sənsən və
dilədiyim Sənin dilədiyindir. Sənki kainata zərrə-zərrə hökm
edirsən, qəlbimi dinində sabit et! Sənki hər an hər ehtiyaca
kifayətsən, yoxsulluğuma mədəd et və qatında şəfaətçi et!

ƏL-BATİN

Ya Batin! Sən hər kəsə gizlisən və gizli qalırsan, heç bir
şey Sənə gizli qalmaz. Dərin quyular, uzaq qurtuluşlar, ucsuz
bucaqsız üfüqlər, işığın yetişə bilmədiyi dərinliklər
Sənə əyandır. Qəlbimin sızıntıları, ruhumun arzuları,
ağlımın sirrləri Sənə aşkardır. Sən, heç bir təsəvvürün
çata bilmədiyi bir gizlilikdəsən. Ağlımı hikmətinin
incəliklərinə aşkar et! Sirrlərini axtarmaqda olan qəlbimdəki
həyəcanı ən ləzzətli anlarım et! Sən iradə və hikmətinlə
hər şeyin iç üzündə saxlısan. Sən hər şeyin içinə və
əslinə hökm edərsən, qəlbimi ən gözəl hallarla hallandır!
Varlıq Sənin izzət və əzəmətinə pərdədir, sirrlərini aç
və pərdələri endir!

ƏZ-ZAHİR

Ya Zahir! Hər şeyin üzündə qüdrət və rəhməti ilə
görünən Sənsən. Hər şey özünü göstərdiyindən çox Səni
göstərir. Sən zahir olmasan işıq kor qalar. Səni görür kimi
yaşamaqla gözəlləşdir halımı! Səndən başqası şahid
olmağa dəyməz, zühuruna şahid olanlardan et məni! Səni anladan
kəlimələr heç bitməz, ayətlərinə və möcizələrinə şahid
yaz məni! Gözlərim Səni görməyə yetmir, qəlbimdə görünür
et Özünü!

ƏL-AXİR

Ya Axir! Sənsən sonraların sonrası, nəhayətin yoxdur Sənin.
Hər şeyin sonu Sənin yanındadır. Hər işin sonu Sənin
lütfünlədir. Səninlə son tapar həsrətlərim və Səndə bitər
bütün gözlədiklərim. Səninlə gözəlləşər sonum, Səndə
gerçəkləşər ümidlərim. Səninlə sonsuzlaşır an, Sənin
müjdənlə genişlənir zaman. Səninlə gələr sabahlar, Səninlə
var olar sonralar. Sənin lütfünlə var oldum, bu gün var, sabah
yoxam. Sonumu sonsuzluq et, aqibətimi xeyir et! Qəbrimi gülizar
et! Əcəl gəldiyində müjdəmi söylə!

ƏL-ƏVVƏL

Ya Əvvəl! Sənin varlığın əvvəldən əvvəl, Sənindir
qavraya bilmədiyim əzəl. Sən öncələrdən də öncəsən,
Sənindir zaman, Sən öncəsizsən, hər şeyin əsli Sənin
qatındadır, hər işin başı Sənin yanındadır. Yoxkən mənə
sahib çıxan Sənsən, məndən öncə məni anan Sənsən. Ö
ncələri yox idim, Sən var etdin. Sonraları unudulacam, Sən an
məni!

ƏL-MUAXXİR

Ya Muaxxir! Zaman Sənindir, istədiyin işi əvvəl edərsən,
dilədiyini ertələrsən. İzzət Sənindir, istədiyini yanına
alarsan, istədiyini uzaq edərsən. İradə Sənindir,
istədiklərimi indi də verərsən, sonraya da buraxarsan. Hökm
Sənindir, dilərsən məni başqalarından üstün tutarsan,
dilərsən başqalarını məndən üstün tutarsan. Həyat
Sənindir, istərsən əcəlimi tez verərsən, istərsən bir az
gecikdirərsən. Təqdir Sənindir, istərsən cəzamı həmin an
verərsən, istərsən bir az gecikdirərsənki tövbə edim. Məni
başqasına üstün tut, amma başqasını məndən üstün tutma!
Məni məndən al, amma məni Səndən uzaq etmə! Rəhmətini
öncələ, qəzəbini isə ertələ! Əcəlimi gecikdir, mənə
peşman olmağa izin ver!

ƏL-MUQƏDDİM

Ya Muqəddim! Sən hər şeyi varlıqdan öncə təqdir edirsən.
Sən hər işin başını, ortasını və sonunu bilirsən. Mən
sevdiklərimi Sən var etdikdən sonra sevdim. Sən isə
sevdiklərini məndən öncə sevdin və sevdiyin üçün var etdin.
Mən özümü belə Sən var etdikdən sonra bildim. Sən isə məni
var olmamdan əvvəl bilirdin. Getdiyim hər yerdə Sən vardın,
tanıdığım hər yeni aləmi başından belə Sən tanıyırsan.
Qəlbimin ilk atışından öncə məni sevdin, mən özümü
sevməyə gec qaldım. Muqəddim Sənsən, dilədiyini dilədiyinə
üstün edərsən, dilədiyini önə alar, dilədiyini sona
buraxarsan. Bundan əvvəl etdiklərimi və sonra edəcəklərimi
bağışla! Başqa ilah yoxdur, ancaq Sənsən Allah.

ƏL-MUQTƏDİR

Ya Muqtədir! Sənin qüdrətinə sərhəd çəkilməz, qüdrətinin
həddi-hüdudu olmaz. Çünki qüdrətinə acizlik deyilən bir
şeyin zərrəsi dəyməz. Sənin qüdrətinə görə çətin və ya
asand bir şey yoxdur, Sənin qüdrətinə görə istər hər şey
olsun, istər bir şey olsun fərq etməz. Sən hər şeyi bir şey
kimi asanlıqla yaradarsan, torpaqda buraxma məni! Sən bir şeyi
hər şey kimi özəl yaradırsan, unudulmağa buraxma məni!

ƏL-QADİR

Ya Qadir! Elə Qadirsənki, qüdrətin olmasa var deyə bir şey
olmaz, yoxluq isə heç anılmaz. Sənki Varsan, yoxluqdan qorxmam.
Sənki Qadirsən, acizliyimdən utanmam. Sənki Rəhimsən,
fəqrimdən sıxılmam. Acizliyimə qüdrətinlə mədət et,
fəqirliyimə rəhminlə imdad eylə!

ƏS-SAMƏD

Ya Saməd! Doğmadın, doğulmadın, bənzərin yoxdur, hər kəs
Sənə möhtacdır, hər şey Sənə möhtacdır, Sən heç nəyə
və heç kimsəyə möhtac deyilsən. Mən sahib olduğuma da
möhtacam, sahib olmağa da. Sən hər şeyin sahibisən, amma sahib
olmağa belə möhtac deyilsən. Sənə möhtaclığım ən böyük
zənginliyimdir. Səndən başqasına möhtac eyləmə məni! Sənin
dərgahında fəqirliyim ən gözəl vəsiləmdir. Səndən
başqasına əl açdırma məni!

ƏL-ƏHƏD

Ya Əhəd! Varlığımın ayinəsidir sifətim, ondan oxunur
əhədiyyətin (təkliyin), sifətimin tək olması Sənin
əsərindir.

ƏL-VAAHİD

Ya Vahid! Qəlbim hər şeyə bağlanar, ayrılığın ardından
ağlıyar. Sənki təksən, başqalarına qosdurub yorma məni! Ruhum
hər gələnə sevdalıdır, gedənlərin gedişiylə yaralanır.
Sənki təksən, Çoxluqda buraxıb ağalatma məni! Qayğılarım
min cür, qorxularım dağlar qədər. Sənki təksən, Yoxluğa
düşürüb unutma məni! Sözüm kimsəyə keçməz, qüvvətim qıl
qədər. Sənki təksən, Boynu bükük, çarəsiz buraxma məni!
Bircə Səni tək tanıyıram, qapına gəldim, başqalarına buraxma
məni!

ƏL-MAACİD

Ya Macid! İzzət sahiblərinin nə izzəti varsa, hamısı Sənə
aiddir! Öyünənlərin bütün gözəllikləri Sənə
aiddir.Yaxşıların bütün yaxşılıqları Sənə aiddir. Savab
sahiblərinin bütün savabları Sənə aiddir. Sənin verdiklərinə
qarşılıq deyil ibadətim, ola da bilməz əsla. Ancaq verdiklərin
üçündür, Cənnətinə al məni!

ƏL-VACİD

Ya Vacid! Varlığını anlatmağa var sözü yetməz, varlar
Səninlə vardır. Varlığını anlamağa varlığım yetməz,
varlıq Sənə şükr edər. Varlığının öncəsi yoxdur Sənin,
öncələr Səninlə vardır. Varlığına son yoxdur Sənin,
sonralar Səninlə vardır. Varlığına bəhanə yoxdur Sənin, hər
an Səninlə vardır. Məni mənsiz buraxma, məni Sənsiz buraxma!

ƏL-QAYYUM

Ya Qayyum! Yoxluğa düşürmə qəlbimi, yanımda tut
sevdiklərimi! Unuduşlara gömmə üzümü! Nəzərində tut
gözəlliyimi!

ƏL-HAYY

Ya Hayy! Hər diri Səndən alır diriliyini və həyatını. Ölüm
belə Sənin ihya etmənlə diridir. Ölümümü əbədi həyata
bəhanə et!

ƏL-MUMİT

Ya Mumit! Ölüm uzaq deyil bədəndən, bilirəmki ölüm də
Səndəndir. Faniyəm, fani olanı istəməm. Acizəm, aciz olanı
istəməm. Ruhumu Rəhmana təslim etdim mən. Ölümüm son deyil,
başlanğıcdır bilirəm. Sonsuzluğa başlanğıcımı iman üzrə
et ya Rəbbi!

ƏL-MUHYİİ

Ya Muhyii! Çürüyüb toz olmuş sümükləri yalnız Sən
çağırarsan. Ölmüşlərə və unudulmuşlara yalnız Sən həyat
verərsən. Ölümümü əbədi irəliyişimə başlanğıc et!

ƏL-MUİİD

Ya Muiid! Cəsədlərin qəfəsindən çıxan kimi ruhlar Sənə üz
tutar. Səndə son tapar sonluqlar.

ƏL-MUBDİİ

Ya Mubdii! Sənki hər şeyi misilsiz, ilkin Yaradansan.
Yaratdığını hər an yeniləyən və yenidən yaradacaq olansan.
Savabımın yoxluğunu rəhmətinə vəsilə et, ağrılarımi
lütfünə səbəb et, günahımı əfvinə bəhanə qıl!

ƏL-MUHSİİ

Ya Muhsii! Hədsiz acizlik və zəiflik içindəyəm, düşmanlarım
çox, incidənlərim isə saysızdır! Sənə şükürlərim
yetərsiz, arzularım hesabsızdır. Fitrətimin diliylə yalvarıram
Sənə, dualar edirəm! İstəyənlərin və istənənlərin sayını
bilən ancaq Sənsən, qəlbimə yoldaş et mərhəmətini!

ƏL-HAMİİD

Ya Hamiid! Hamiid Sənsən, həmd Sənədir! Dillər Sənə həmd
etməklə dadlanar! Hər nəfəs Sənə minnətlə verilir və
alınır. Minnət altında əzdirmə məni!

ƏL-VALİY

Ya Valiy! Sənə təvəkkül etdim, vəkilim Sənsən! Sənə iman
etdim, sahibim Sənsən! Sənə sığındım, sirdaşım Sənsən!
Sənə güvəndim, valim Sənsən! Sənə bağlandım, dostum
Sənsən! Sənə tutunuram bütün varlığımla, kimsənin məni
yerə yıxmasına izin vermə!

ƏL-MƏTİN

- Ya Mətin! Dəmir, əmrinlə parçalanar Sənin. Nəfsimin əlinə
buraxma məni! Dağlar Sənə boyun əyər, şeytanın
aldatmacalarına buraxma məni! Dənizlər əmrinlə parçalanar,
səbəblərin arasında buraxma məni!

ƏL-QAVİYY

Ya Qaviyy! Acizliyimi bilib dərgahına gəldim!

ƏL-VAKİL

Ya Vəkil! Acizəm və Səndən şəfaət diləyirəm, qüdrətinə
sığınıram! Fəqirəm və Sənə yönəlirəm, rəhmətini
sığınacağım et!

ƏL-HAQQ

Ya Haqq! Quluna haqq olan ancaq Sənə yönəlməkdir, qibləndən
azdırma məni! Quluna haqq olan ancaq sənə dua etməkdir, məhrum
etmə məni! Ancaq Səndən diləmək quluna haqqdır, sahibsiz
buraxma məni! Ancaq sənə güvənmək quluna haqqdır, çarəsiz
buraxma məni! Ancaq Sənə çatdıran yollar quluna haqqdır, yoldan
çıxarma məni! Quluna haqq olan, hər şeydən çox Səni
sevməkdir, yetim buraxma məni! Haqqımdakı hökmün haqqdır ya
Rəbbi, haqqıma görə deyil öz lütfünə görə ver mənə!

ƏŞ-ŞƏHİİD

Ya Şəhiid! Səni görür kimi yaşamaq ən gözəl haldır. Sənin
görən olduğunu görmək ən gözəl təcəllidir.

ƏL-BAİS

Ya Bais! Zərrələrimi bir-bir topla onlar dağıldığında,
həyat ver onlara yenidən, ən sevdiklərinin yanına çatdır məni!

ƏL-MƏCİİD

Ya Məcid! Mənə ağla və xəyala gəlməz gözəlliklər bəxş
etmisən, bu, yaxınlığının ülviyyətinə əngəl olmaz. Mənə
məndən də yaxın olduğunu bildirmisən, bu, ülviyyətinin
yaxınlığına əngəl olmaz.

ƏL-VADUD

Ya Vadud! Sən sevdiyin və sevdirdiyin üçün baxar üzlər
üzlərə. Sən sevdiyin və sevdirdiyin üçün günəş doğar hər
gün. Sən sevdiyin və sevdirdiyin üçün baharın gələr hər
yerə. Sən sevdiyin və sevdirdiyin üçün kəlamın gəzər
dillərdə.

ƏL-HAKİİM

Ya Hakiim! Sən hər yaratdığına məna və dəyər verənsən,
sonsuz hikmətinə aşiq et qəlbimi!

ƏL-VASİ

Ya Vasi! Varlıq Sənsiz dar olar.

ƏL-MUCİB

Ya Mucib! Elan etməyə və göstərməyə ehtiyac yoxdur, halım
Sənə əyandır. Söz deməyə gərək yoxdur, səssizliyim Sənə
bəyandır.

ƏR-RAQİB

Ya Raqib! Ömrümün hər anında Səni anmağı dilərəm, lakin
halım imkan vermir, unuduram. Qəlbimə zikrini yerləşdir,
oyandır məni! Ölüm anımı səni anaraq yaşamaq istərəm, lakin
vəziyyətim macal verməz, susaram. Dualarımı qatına yetişdir!
Hesab günü Səni razı etməyi arzu edirəm, lakin savabım
yetməz, qorxuram. Əməllərimi xeyirli et, yaxşı insanlarla
xatıra məni!

ƏL-KƏRİM

Ya Kərim! Kərəminlə gözəl et hər halımı! Kərəminlə
sevindir qəlbimi! Sənki ən çox zəiflərə və acizlərə ikram
edənsən! Sənki səbəbsiz və hesabsız kərəm edənsən! Sənki
bir ovuc toxumda bir baxçanın ağacını saxlarsan! Cənnətinə al
və heç bitməyən ikramına yetişdir məni, kərəm et bu acizə,
az savabı çox et!

ƏL-CƏLİL

Ya Cəlil! Sənin cəlalın zatındandır, başqasına möhtac
deyil! Sənin ucalığın kəmalındandır, səbəb möhtac deyil!
Sənin kəmalın da Səndəndir, görülməyə möhtac deyil!

ƏL-HASİB

Ya Hasib! Əməllərim hesaba gəlməz, arzularımın sayı-hesabı
olmaz, dəftərimdən xətalarımı çıxart ki, hesabım asand
olsun! Ehtiyaclarımın ən kiçiyinə, xəyallarımın heç birinə
əlim yetişməz, qəlbimin sızıntılarını topla ki, hesaba
gələn bir duam olsun!

ƏL-MUQİT

Ya Muqit! Sən hər kəsin hər ehtiyacını hər an görərsən.
Sənə əyandır hər cür niyyət və hərəkətim. Sən, sonzuluq
istəyini qəlbimə ilham edərsən, Sənə mə'lumdur bütün
dualarım və istəklərim. Sən, zəif və acizlari, yetim və
yoxsulları qoruyub saxlayırsan. Sənə mə'lumdur acizliyim! Sən,
birinci yoxsullara əl tutanı sevərsən, Sənə mə'lumdur
yoxsulluğum və əməllərim. Niyyətlərimi gözəlləşdir,
ixlaslı olmağı nəsib et mənə! Ömrümü əbədiyyata apar,
Cənnətində yerləşdir məni! Yoxsulluğumu mərhəmətinlə
qarşıla, başqasına əl açdırma məni! Günahlarımı
ğüfranına bəhanə et, üzümü qara etmə mənim!

ƏL-HAFİZ

Ya Hafiz! Hifzinin xəzinəsində aləm, bir nöqtədən ibarətdir.
Hifzinin ayinəsində ay və günəş, sönük bir parıltıdan
ibarətdir. Bahar qışa dönər bir gün, səhər axşama çatar.
Səhərlər Səndəndir, qoru məni və səhərə qədər saxla
məni! Ulduzlar sönər bir gün, dağlar yerindən oynar, göylər
Sənindir. Qoru məni, qapına yetişdir! Göylər dağılar bir
gün, yer yerindən oynar. Hər yer Sənindir, qoru məni, mənzilə
çatdır! Quşlar dağılar, dənizlər qaynar bir gün. Üfüqlər
Sənindir, qoru məni! Adım unudulacaq bir gün, səsim boşluqda
qalar heç kim eşitməz. Yaxınlıqlar Səndəndir, qoru məni,
yaxınlığına götür məni! Dəftərim açılacak bir gün,
günahlarım onun çox hissəsini tutacaq. Təqdir Sənindir, qoru
məni, əfvini yetişdir! Sözüm bitər bir gün, səssizlik
bürüyər məni. Kəlam Sənindir, qoru məni, müjdəni yetişdir!

ƏL- KƏBİR

Ya Kəbir! Cümlə fikirlər dar gələr sənin kibriyanı
anlamağa. Bütün sözlər azlıq edər, sənin böyüklüyünü
anlatmağa. Tək Səni böyük bilənlərdən et məni!
Böyüklüyünü bilməklə genişlət fikrimi! Kibriyanı anlayacaq
ağıl ver mənə, Cəlalını görməklə genişləndir qəlbimi!

ƏL-ALİYY

Ya Aliyy! Ən gözəl sifətlər belə səni tərifləməyə
yetməz, Sənin lütfünün şöləsidir bütün gözəl sifətlər.
Ən gözəl vəsflər belə, Səni vəsf etməyə kifayət deyil,
sənin cəmalının kölgəsidir bütün mükəmməl vəsflər. Sən
hər cür təsəvvürdən yüksəksən və hər cür xəyaldan
alisən. Sifətlərinə xəyallar və fantaziyalar çata bilməz,
ucalığını ağıl dərk edə bilməz. Sənin lütfkarlığınla
ülviyyət qazanır bütün aləm. Sənin nazil etdiklərinlə
mərtəbələr qazanır insanlar, cinlər və mələklər.
Acizliyimə uca qüdrətinlə mədət eylə! Fəqirliyimə ülvi
yaxınlığınla imdad et! Sənki içimin içində olub bitənləri
bilirsən, yaxınına al məni! Sənki ucalardan ucasan, Səndən
başqasına boyun əydirmə məni!

ƏŞ-ŞAKUR

Ya Şakur! Sən mənə iman verdin, zəlalətdə buraxmadın, mən
isə Sənə şükrümdə həmişə əksik, həmişə yetərsiz
qaldım. Şükrünün ləzzətini hər dəm daddır qəlbimə və
dilimə! Şükr edə bilmək belə, səndən gələn bir nemətdir,
bu neməti hiss etməyi nəsib et mənə!

ƏL-ĞAFUR

Ya Ğafur! Ya Ğafur! Sənin qapın heç bağlanarmı
günahkarlara?! Peşmanlıqlarımı kimə ərz edərəm yoxsa?!Ancaq
sənin bağışlamanla ağ olar üzüm, ancaq sənin əfvinlə
təmizlənər qəlbim, ancaq sənin əfvinlə bitər utancım. Ya
Rəbbi, hesab günündə üzümü qara çıxarma! Ğafur olan
(bağışlayan) ancaq Sənsən, bağışla məni!

ƏL- AZİM

Ya Azim! Göylər və yer əzəmətinə şahiddir sənin, ən sərt
daş əzəmətin qarşısında yumşalar, ən yandıran atəş belə
əzəmətin qarşısında soyuyar, əzəmətinlə əzm etdir bu
fəqiri!

ƏL- HALİM

Ya Halim! Sənki cəzalandırmağa tələsmərsən, həmişə əfv
yolunu tutarsan. Sənki qarşıma qəzəbindən çox rəhmətini
çıxarırsan, bəlkə peşman olam deyə fürsət verirsən. Sən
nəfsimdəki zillət qaranlıqlarımı incitmədən təmizləyirsən.
Utanmayım və xəcalət çəkməyim deyə, əksikliklərimi
örtürsən. Sən hər nəfəsimi dadlı bir toxunuş edərək məni
yaşadırsan. Qəflət və unutqanlığıma rəhmətinin
təbəssümü ilə baxırsan. Sonsuz hilminə sığınıram!

ƏL-XƏBİR

Ya Xabir! Sənə gizli və sirrli heç nə yoxdur, Səndən
qeyriləri bütün halları bilməz. Gizlətdiklərimdən Sən
xəbərdarsan, başqaları sirdaşım deyil. Sənin söylədiyindir
xəbər, başqaları dərdim deyil, qeybin xəbərləri sənə
aiddir, heç bir şey göründüyü kimi deyil. İncəcik
sızıntılarımdan və ilk göz ağrılarımdan Sən xəbərdarsan,
başqalarının qəlbimin sirrlərindən xəbəri yoxdur. Dərdlərim
sənə əyandır, başqaları dərdlərimdən qafildir.

ƏL-LƏTİF

Ya Lətif! Sənin hökümlərin hər şeyin hər halına incədən
incəyə nüfuz edər, hökmünə razı olmağı lütf et mənə!
Lütfkarlığınla hökm et mənə!

ƏL-ƏDL

Ya Ədl! Sənsən zülmə uğrayanların dayanacağı, Sənsən
həzin qəlblərin sığınacağı, Sənin ədalətindir
sığındığım, Sənin mizanındır güvəndiyim, nəfsimə zülm
etməkdən qoru məni, ədalətinə razı eylə nəfsimi,
əyrilməkdən qoru qəlbimi, rizana görə ölçüləndir məni,
mizanında gözəl et aqibətimi, asand et sorğu-sualımı, hesab
vermə incəliyi ilə yaşat məni, zülm etməkdən uzaq et məni,
zülmə uğramaqdan qoru məni!

ƏL-HAKƏM

Ya Hakəm! Sən, varlıq ağacını köklərindən çıxarıb,
qaranlıqdan vücuda gətirənsən. Sən bu qəlbimi bir nütfə kimi
rəhmətinin rəhmində bəsləyib böyüdənsən, qəlbimə dəyən
sızıntıları incə-incə söz eylə, yanaqlarıma dəyən göz
yaşlarımı damla-damla rəhmət eylə, dodağıma dəyən
hecələri dəstə-dəstə dua eylə!

ƏL-BASİR

Ya Basir! Korluğuma koram, gördüyümə belə koram,
göstərdiklərinə belə koram, vəd etdiyin cənnətinə belə
koram. Sənin görmənlə görər bütün gözlər, aç gözlərimi!

ƏS-SƏMİİ'

Ya Səmi! Yarına hər şey bəlli olan birinə yarın danışmağa
nə ehtiyac var?! Fəryadım eşidilir açıq-aşkar, dilə
gətirməyə nə ehtiyac var?! Dil avara, dodaq biçarə,
paralanmağa nə ehtiyac var?

ƏL-MUZİLL

Ya Muzill! Sənə boyun əyməm, ən böyük sevincimdir! Sənin
qapına gəlməyən sonsuz çarəsizliklər içindədir. Sənə
möhtac olmam ən böyük şərəfimdir, cavabsız buraxma məni!

ƏL-MUİZZ

Ya Muizz! İzzətim varsa yalnız Sənin verdiyin qədərdir.
Yalnız Sənə itaət etmənin izzətini ver mənə, izzətinə nail
et məni!

ƏR-RAFİ

Ya Rafi! Ya Rafi! Səcdələrimlə sultan et məni, qulluğumla
şərəfləndir məni, qatında rütbələndir məni, yaxşılar
arasında xatırla məni, yüksəklərə al məni!

ƏL-HAFİZ

Ya Hafiz! Elə Hafizsənki, yoxluğa yuvarlarsan varlığı ilə
qürura düşəni. Elə Hafizsənki, zillətə düşürərsən
özünü ucaldanı. Qürurdan azad et nəfsimi, zillətə düşürmə
məni!

ƏL-QABID, ƏL-BASİT

Ya Qabid, Ya Basit! Genişlik verərkən şükr etməyən kimsəni,
dara salarsan. Dara düşəndə də şükr edən kimsəyə genişlik
verərsən, təqdir Sənindir! Ya Rəbbi, Sənki imkansız olan şeyi
mümkün edərsən, darda qoyma məni, dara düşdüyümdə belə
şükr edənlərdən et məni!

ƏL-ALİM

Ya Alim! Sənin üçün bilmənin və elmin başlanğıcı yoxdur,
mən isə ancaq sonradan bilərəm. Sənin bilmədiyin bir an yoxdur,
mən isə bəzən bilərəm. Sən açıb söylədiklərimi də
bilirsən, içimdə gizlədib demədiklərimi də bilirsən, unudub
özümdən gizlətdiklərimi də bilirsən. Öz quyularıma
ağlımın iplərini sallaram, amma özümə ağıl verməz. Sən
məni məndən çox tanıyırsan. Qəlbimin quyularında dolaşıram,
özüm özümə yetmirəm. Sən mənə məndən çox sirdaşsan.
Bildiyimi bilənlərdən et məni, bilmədiyimi bilənlərdən et
məni! Sənə məlum olan ayıb və qüsurlarımla utandırma məni!

ƏL-FƏTTAH

Ya Fəttah! ! Damla qədər də olsa savabıma görə lütf et və
Cənnətinin qapılarını aç üzümə! Yolumu azsam da Kərim
olaraq Sənə gələn yolları aç üzümə!

ƏL-RƏZZAQ

Ya Rəzzaq! Xəzinəndə yox deyilən şey yoxdur. Ol deyərsən,
hər şey olar. Yaratdığın hər canlının ruzisi sənin qatında
saxlıdır. Vəhyin mömin qəlblərin, səlim ağılların
ruzisidir. Ya Rəbbi, sənə möhtac olmaq ən böyük
zənginliyimdir, Sənin fəqirin et məni! Sənin verdiyinlə doymaq
ən böyük ləzzətdir, süfrəndən ayırma məni!

ƏL-VAHHAB

Ya Vahhab! Yoxluğa sırf yox olduğu üçün varlıq bəxş
etmisən. Nankorların belə, ruzisini kəsməzsən. İnkar
edənlərə belə, nəfəs verərsən. Varlığım Sənin
lütfündür, Sənin ehsanındır. Aciz varlığıma lütfünü,
ehsanını daim et!

ƏL-QAHHAR

Ya Qahhar! Sən elə Qahharsanki, qəhrində lütfün çox,
qəhrində tələsmirsən. Sən elə Qahharsanki, qəhrində ədalət
var. Düşmənimiz çoxdur, acizliyimiz də sonsuzdur. Qəhrinlə
həlak et zalimləri!

ƏL-ĞAFFAR

Ya Ğaffar! Gizli peşmanlıqlarımı bilən Sənsən, göz
yaşlarıma dəyər verən Sənsən, amma bilirəmki rəhmət
dənizlərini bulandıra bilməz günahlarım. Rəhmətinlə
bağışla məni.

ƏL-MUSƏVVİR

Ya Musəvvir! Yoxluğa varlıq surətini geydirən Sənsən.
Heçliyə varlıq boyasını cəkən Sənsən. Gözəli gözəl edən
ancaq sənin təsvirindir. Sən mənim sifətimi mənim üçün tək,
sevdiklərim üçün tanınmış etmisən. Qatında məqbul olan
gözəlliklə təsvir et surətimi!

ƏL-BARİ

Ya Bari! Ruhum Sənin əlindədir, bədənim sənə əmanətdir,
yoxluqda tərk etmə məni, qaranlıqda buraxma məni, çirkinliyə
daldırma məni, gözəl et hər halımı!

ƏL-XALİQ

Ya Xaliq! Sən ol deyərkən, hər şey olur, ol deki, olum,
yaratdıqlarının arasında qalım. Haqqıyla əxlaqlı olum. Sən
yaratdın deyə gözəl olum və həmişə belə gözəl qalım.

ƏL-MÜTƏKƏBBİR

Ya Mütəkəbbir! Mən acizəm, Sən isə Qadirsən. Mən fəqirəm,
Sən Rəhimsən. Mən ölüyəm, Sən həmişə yaşayırsan. Mən
çarəsizəm, Sən Əhədsən. Mən möhtacam, Sən ehtiyacsızsan.
Mən karam, eşidən Sənsən. Mən koram, görən Sənsən. Mən
dilsizəm, danışan Sənsən. Mən yaradılmışam, Yaradan
Sənsən. Mən yoxam, var edən Sənsən. Mən heçəm, amma
əməllərim böyükdür. Mən yoxsulam, amma istəklərim çoxdur.
Mən istərəm, çünki Sən böyüksən, şahid yaz böyüklüyünə
bu kiçik qəlbimi.

ƏL-CABBAR

Ya Cabbar! Sənki məğrurları qürurlarına əsir edərsən, Sənki
təkəbbürlük göstərənlərin boynuna təkəbbürlüklərini bir
yük edərsən. Sən, zorluq edib zülm edənləri, öz
vicdanlarının pəncəsinə həbs edərsən, bir milçəyin
vasitəsilə Nəmrudlardan qurtar məni! Bir vasitəçi göndər,
fironlardan qurtar məni! Əbabilləri göndər, məni Əbrəhaların
fillərindən qurtar! Nəfsimin məni zorlamasına izin vermə!
Ağlımın məni azdırmasın keçid vermə! Həmişə itaətçi
olaraq sabit saxla məni!

ƏL-ƏZİZ

Ya Əziz! İzzət Sənindir və Səndəndir İzzət. Sən istəsən
kimsə zillətə düşməz, Sən verməsən heç kimdə izzət
qalmaz. Qəlbim yalnız Sənə yönəlir, yaxınlığınla əziz et
qəlbimi. Ruhum yalnız səni axtarır, hüzurunla əziz et ruhumu!
Mənim halım və vəziyyətim yalnız sənə aşkardır,
başqalarının yanında rəzil etmə məni!

ƏL-MUHƏYMİN

Ya Muhəymin! Sənsən qəriblərin sığınacağı, Sənsən
kimsəsizlərin dayağı, Sənsən haqqı himayə edən, Sənsən
ağlımı aldanışlardan və yalandan qoruyan, Sənsən ayağımı
hiylələrdən və tələlərdən qoruyan. Sənki zəifləri
qüvvətlilərin şərrindən himayə edərsən, məzlumların
haqqını zalimlərdən almağı vəd edərsən. Sənki mənim ən
kiçik, ən əhəmiyyətsiz, ən gizli arzularımı da bilir və
mənə mərhəmət edirsən. Nəfsimin yalanlarına aldanmaqdan qoru
məni. Aşağılara və alçaqlığa yuvarlanmaqdan qoru məni.

ƏL-MÖMIN

Ya Mömin! Sən hidayətini göndərməsən qəlblər necə rahat ola
bilər?! Sən qəlbləri imanla rahat etməsən kim inandığından
əmin olar?! Sən inandırmasan, kim mömin və imanlı qala bilər?!
Nəfsimin hiyləsinƏ, nəfsimin əlinə buraxma məni. Elə bir
mömin etki məni, peşmanlıqlarım Sənə döndərsin məni.

ƏS-SALAM

Ya Salam, Sənsən Salam, Səndəndir salam və salamatçılıq.
Əmrini dinləyərək atəş, İbrahimə (Ə.S) sərin və salamat
oldu. İbrahim (Ə.S) kimi dostluğuna qəbul et məni. İbrahim
(Ə.S) kimi atəşi bir gül et dərimə. Salamını şəbnəm kimi
toxundur

ƏL-QUDDUS

Ya Quddus! Quddus Sənsən və qüdsiyyət Səndəndir, buna söz ola
bilməz, Sən diləməsən Sən istəməsən heç bir şey pak
sayılmaz, könlüm Sənə yönəlmədikcə saf olmaz. Qanımı hər
nəfəsimdə təmizlədiyin kimi, nəfsimi də pak elə!
Təmizlənənlərə məhəbbət bəslərsən, könlümü
məhəbbətinlə təmizlə!

ƏL-MƏLİK

Ya Məlik! Kimsənin kimsəyə fayda verə bilməyəcəyi gün hökm
Sənindir! Göylərin yarıldığı gün sahibim Sənsən, ulduzlar
dağılan günü sahibim Sənsən! Varlığım mənə aid deyil,
varım yoxum hamısı Sənindir, əlimdə olanlar mənim deyil, sahib
olduqlarım da Sənindir, yoxluğa düşürmə məni, darlıq vermə
qəlbimə, məkan Sənindir.

ƏR-RƏHİM

Ey Rəhim , Sən elə Rəhimsənki, qulaqlarım istər-istəməz
Sənin sözlərini dinləməyə can atır, ağlıma vəhyinlə
tənəzzül edirsən. Elə Rəhimsənki, Səndən istəyəndə
həmişə verirsən, Səndən istəməyəndə də belə, bizə lütf
edirsən. Elə Rəhimsənki, haqqı olana həmişə verərsən,
haqqı olmayana belə çox bəxş edərsən. Elə Rəhimsənki,
dünyanı bu qədər gözəl etmisən, Axirəti bundan daha gözəl
etmisən. Ya Rəbbi, qorxudan qəlbimi əmin et mənim, hüzündən
qəlbimi azad et. Atəşdən uzaq et məni, hicrana düşürtmə
məni, rəhmətinin rəhminə al məni, mərhəmətinin qucağına al
qəlbimi.

ƏR-RƏHMAN

Ya Rəhman! Sən elə rəhmət edərsənki, rəhmətinin bir
parçası mənə cənnət olar, rəhmətindən bir parıltı sonsuz
xoşbəxtliyim olar. Rəhmətinin bir damlası başqa hər kəsin
ruzisini yetirməyə kifayətdir. Bu çarəsiz qəlbimə
mərhəmətini endir və bu fani ömrümü sonsuzluğa çatdır.


Tarix: 12.04.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1329 Bölmə: Maraqlı melumatlar
loading...