beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haram ilə məkruh arasında fərq

Sual: Məkruh sözünün mənası nədir? Və məkruh ilə haram arasında fərq nədən ibarətdir?

Cavab: Həmd Allaha məxsusdur.

Məkruh ərəb dilində “xoşlanılan və yaxud sevilənin əksi “mənasını ifadə edir.

İstilahda (şəriət terminologiyasında) mənası odur ki, Qanunqoyucu bizdən bunu etməməyi istəyir, lakin bunu (mütləq) qəti şəkildə istəmir. (Allaha və rəsuluna sallallahu aleyhi və səlləm) itaət niyəti ilə bunu etməyən kəsin buna görə savab qazanacağı, lakin bunu edənin cəzalandırılmayacağı mənası ifadə edir söyləmək olar.

Haram ərəb dilində qadağan olunmuş mənasını ifadə edir.

İstilahda mənası budur ki, Qanunqoyucu bizdən bunu qəti şəkildə etməməyi tələb edir. Haram halalın əksidir. Bir kəs itaət etmək niyətilə haram işləmədiyinə görə ona savab veriləcəkdir. Lakin qorxudan, utandığından və aciz olduğuna görə etmirsə, bu hallarda bunu etmədiyinə görə savab verilməyəcəkdir.

“Şərh əl-Vərəqət fi Usul əl-Fiqh “Abdullah əl-Fouzan, 29-30”


Tarix: 05.04.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar