beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fatimə təsbihatı

Fatimə təsbihatı — şiələrə görə hər namazdan sonra deyilməsi müstəhəb olan dua.Mündəricat
1 Demək sifarişi
2 Tarixi
3 Fatimə təsbihatının önəmliyi
4 Torpaq təsbehi
5 Həmçinin bax
6 Xarici keçidlər
7 İstinadlar


Demək sifarişi

Fatimənin təsbihatı belə deyilir[1]
34-dəfə:Allahu Əkbər(الله اکبر)
33-dəfə:Əlhəmdulillah(الحمدلله)
33-dəfə:Sübhənəllah(سبحان الله)

Tarixi

İslam ensiklopediyası yazır ki, Əli və Fatimə evləndikdən sonra ilk dövrlərdə Əli yaxşı pul qazana bilmirdi. Evdə buğdadan un üyüdən Fatimənin əlləri qabar bağlamışdı. Günlərin bir günü Məhəmməd peyğəmbərə bir neçə qul hədiyyə olunmuşdu. Bunu bilən Əli Fatiməni o qullardan birini ona bağışlaması üçün peyğəmbərin yanına göndərdi. Fatimə peyğəmbərin yanına gəlsə də, utandığından ərinin istəyini atasına deyə bilmədi. Nəhayət, Əli ilə Fatimə birlikdə peyğəmbərin yanına gəlib bu istəklərini birgə dilə gətirdilər. Peyğəmbər onları dinləyib dedi ki, Siffə əhalisi aclıqdan əziyyət çəkdiyi bir vaxtda onların bu istəyini yerinə yetirə bilməz və o bu qulları satıb pulları siffəlilərə verəcək.

peyğəmbər onun qarşısında Fatimə təsbihatına məşhur olan sözləri onlara öyrədir. deyillər ki Hz.Əli bu təsbihatın deməyini heç bir zaman yatmaqdan öncə unudmamışdır.[2]

Fatimə təsbihatının önəmliyi

Şiə mənbələrində bu təsbihat üçün çoxlu sifarişlər olunub və onu çox önəmli və oxumağın yaxşı görüblər. eləki imam Baqir bu barədə deyir:

Allah təala Fatimə təsbihatından yaxşı bir sözlə təmcid(Böyük tutulmaq) olunmayıbdır əgər başqa bir sözlər olsaydı peyğəmbər hətmən onu Fatiməyə öyrədərdi.

Həmçinin imam Sadiqdən nəql olunur ki:

Fatimənin təsbihatı 100 zikirdir amma əməllərin sayılması və səvab verilməsi min zikir hesablanır, Şeytanı uzaqladıb, Allah təalanı razı edər. necə ki biz namaz qılmağı uşaqlarımıza əmr edirik bu təsbihatın oxumağınıda əmr edirik. O, kəs ki, Fatimə təsbihatını düz vacib namazdan sonra, başını səcdədən qaldırmamaqdan öncə oxuyub və sonunu La ilahə illəlah-la(لااله الا الله) qurtarsa allah onu bağışlayar.[3]

Torpaq təsbehi

Fatimə Məhəmməd qızı özünə yundən bir təsbeh düzəldib, onunla təsbitatı sayırdı. Həmzə şəhid olduqdan sonra onun Qəbir torpağından özünə təsbeh düzəltdi, bu iş sonra imam Hüseynin torpağından təsbeh düzəldilməyə keçdi. imam Sadiq buna görə deyib:

İmam Hüseynin torpağı ilə təsbihat deməyin səvabı 70 qat çoxdur.


Tarix: 26.02.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Maraqlı melumatlar