Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlman...

Gizli gizli göz yaşı tökən, Rəbbinə bol bol səcdə edəndir.
Müsəlman...
Sadəcə çətinliyə düşəndə yox həmişə Rəbbinə yönələndir.
Müsəlman...
Allahı sevən, Allah üçün yaşayandır.
Müsəlman...

Sözdə yox əməlləri ilə müsəlmandır.
Müsəlman...

Duanı vacib sayan, yaxşılığı əmr edən, pislikdən uzaqlaşdıran, yalnız Allahın
rizasini qəbul edəndir.
Müsəlman...

Hadisələrə mərhəmət gözüylə baxan, hikmətləri axtaran və görəndir.
Müsəlman...

Sədəqə verən, yaxşılığı sevən, pisliklərdən uzaq durandır.
Müsəlman...

Qonşusu ac özü tox sabahlamayan, kimsənin ayıbını axtarmayandır.
Müsəlman...

Xoş niyyətli, gözəl görən, gözəl düşünən və doğruları müdafiə edəndir.
Müsəlman...

Qarşılıq gözləmədən yaxşılıq edən, özünün etdiyi yaxşılığı unudan, özünə edilən
yaxşılıqları görəndir.
Müsəlman...

Özünə baxanda Allahı xatırlayan, gülər üz olan, qarşısındakını dinləyəndir.
Müsəlman...

Allahin sevdiklərini sevəndir.
Müsəlman...

Müsəlman kimi yaşayib, müsəlman kimi öləndir.
Müsəlman...


Tarix: 11.04.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar
loading...