beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR

Birinci misal
Qulun üç halı vardır. Birincisi, qulun mövcudiyyətindən öncəki halıdır ki, o halda heç nə olmamışdır, ikincisi, öldüyü andan sonu olmayan əbədi halıdır. Onun ruhu bədəndən çıxdıqdan sonra ya Cənnətdə, ya da Cəhənnəmdədir. Sonra ruhu bədəninə qaytarılır.

Əməllərindən asılı olaraq iki əbədi dünyanın birində qalacaqdır. Bu iki hal arasında mövcud olan üçüncü hal mövcudiyyəti ilə ölümü arasında olan orta haldır ki, bu da onun yaşadığı həyatıdır. Dünyada yaşayacağı günə baxsın və əvvəlki iki halla müqayisə etsin, onda dünyadakı ömrünün bir göz qırpımından da az olduğunu bilər. Kim dünyaya bu gözlə baxsa, ona etibar etməz və günlərinin sıxıntılı, dar, geniş və rifah içində keçməsinə bir o qədər də məhəl qoymaz. Buna görə də Allahın elçisi (sav) nə kərpici kərpic, nə də qamışı qamış üstə qoymuş və belə buyurmuşdur: «Mən hara, dünya hara. Mənimlə dünyanın halı bir ağacın kölgəsində oturub bir az istirahət etdikdən sonra durub gedən yolçunun halı kimidir».
(İbn Əbi əd-Dünya, “Zəmmid-Dünya”, 125)
Bir rəvayətdə isə belə dediyi bildirilir: «Dünyanın axirət yanında çəkisi sizlərdən birinin əlini dənizə salıb çıxarması kimidir. Qoy barmağında gələn dəniz suyuna baxsın!»
İsa (aleyhissalam) da buna işarə edərək: «Dünya körpüdür. Ondan keçin, lakin onu təmir etməyin» – demişdir. Bu olduqca düzgün bir misaldır. Həqiqətən, dünya həyatı axirətə bir körpüdür. Beşik körpünün əvvəli, qəbir isə sonudur. İnsanlardan kimisi bu körpünün yarısını, kimisi üçdəikisini, kimisi də bir addım qalmışa qədər qəflət yuxusunda qət edir. Lakin istənilən halda onun bu körpüdən keçməsi qaçılmazdır. Kim bu körpünü məcburi keçərkən dayanıb onun üzərində bina tikər və onu müxtəlif növ zinət və dəbdəbə ilə bəzərsə, bu onun son dərəcə avam və axmaq olmasından irəli gəlir.
İkinci misal
Qəlbə daxil olan dünya nemətlərinin dadı mədəyə girən yeməklərin dadına bənzər. Yeməklərin ləzzəti mədəni keçdikdən sonra insan bunlardan necə iyrənirsə, bəndə ölərkən də qəlbinə girmiş dünya ləzzətlərindən o cür iyrənməyə və nifrət etməyə başlayır. Yeməklər nə qədər ləzzətli, nə qədər, yağlı, nə qədər şirin olursa onun qayıdışı da bir o qədər iyrənc olur. Həmçinin nəfsdəki arzu olunan şey nə qədər ləzzətli olursa, ölərkən də onlardan çəkilən əziyyət bir o qədər şiddətli və ağır olur. Belə ki, insan sevdiyini itirmək kimi bir faciə ilə üzləşdiyi zaman onu sevdiyi qədər də acı çəkər.
İmam Əhmədin rəvayətinə görə Peyğəmbər (sav) Dəhhak ibn Sufyandan: «Duzlu və şirin yemək yedikdən sonra üzərindən su və süd içən sən deyilsənmi?» – deyə soruşdu. O da: «Bəli» – deyə cavab verdi. Peyğəmbər (sav): «Onlar hara gedir?» – deyə soruşdu. O da: «Bildiyin yerə qədər» – deyə cavab verdi. Sonra Allahın elçisi (sav) belə buyurdu: «Hər şeydən uca və böyük Allah dünyanı Adəm övladının yediyi yeməyin getdiyi yerə bənzədir».
Sələflərdən biri öz dostlarına: «Gəlin gedək sizə dünyanı göstərim» – demiş və onları zibilxanaya apararaq: «Meyvələrinizə, toyuqlarınıza, balınıza və yağınıza baxın» – buyurmuşdur.


Tarix: 15.04.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Maraqlı melumatlar