beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elm tələbələrinə məsləhət

Sonda, mən əvvəlcə ixlasla özümə, müsəlman qardaşlarıma, xüsusən də elm tələbələrinə nəsihət edirəm ki, birinə bir məsələ gələndə , hadisə baş verəndə, məsələni təsdiq etməyincə(həqiqəti tapmayınca), məlumat əldə etməyincə danışmasın. Çünki Allah haqqında elmsiz danışa bilər.Hökm verən şəxs Allah ilə insanlar arasında elçi olduğundan, o Allahın şəriətini insanlara Peyğəmbər (səllallahu əleyhi və səlləm) dən nəql olunduğu kimi başa salır. Peyğəmbər (səllallahu əleyhi və səlləm) buyurmuşdur:
"Alimlər peyğəmbərlərin varisləridirlər" (Əhməd(5/196).

Əbu Davud, Ət Tirmizi və digərləri.
Peyğəmbər (səllallahu əleyhi və səlləm) həmçinin buyurmuşdur: "Hakimlər üç cürdür:Onlardan yalnız biri cənnətdədir, o haqqı bilib və ona uyğun hökm verəndir."(Əbu Davuddan aşağıdakı sözlərlə rəvayət edilib: Hakimlər üç cürdür:Biri cənnətdədir və ikisi cəhənnəmdədir. Cənnətdə olana gəlincə o haqqı bilib onunla hökm verəndir. Haqqı bilib və hökmündə ədalətsiz olan oddadır. İnsanlar arasında cahilliklə (bilmədən) hökm verən də oddadır.”
Həmçinin yeni bir məsələ gələndə, qəlbinizi Allaha tərəf yönəltməyiniz və Onun möhtac olduğunuzu hiss etdirməyiniz də əhəmiyyətlidir ki, Allah taəla xüsusilə də əksər insanların cahil olduğu ciddi və mühüm məsələlərdə. sizə məsələni başa düşməyə kömək olsun
Mənim bəzi müəllimlərim mənə xatırladırdılar ki, sual soruşulan şəxs Allahdan daha çox bağışlanma istəsin, bunu Allahın kitabından əldə etmişlər:
"(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma! Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!" (Nisa surəsi, 105-106)
Daha çox bağışlanma istəmək, günahların silinməsinə səbəb olur, Günahlar elmi unutmağın və cahilliyin səbəblərindəndir. Allahın buyurduğu kimi:
"Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin və bəzi başqa ayələrin) yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar." (Maidə surəsi, 13)
İmam Şafi buyurur: Vakiyə yaddaşımın zəifləməsindən şikayət etdim. O isə mənə asilikdən əl çəkməyi nəsihət etdi. Və dedi: Bil ki elm nurdur. Və bil ki, Allahın nuru asilərə verilmir.
Beləliklə əlbəttə Allahdan bağışlanma istəmək Allahın həmin insana nur verməsinə səbəb olur.
Allahdan mənə, müvəffəqiyyət bəxş etməsinə, bu dünya və axirətdə Sabit Sözü ilə sabit etməyi, bizə hidayət verdikdən sonra qəlbimizin dönməməsi üçün, bizə öz rəhmətindən verməsi üçün dua edirəm. Həqiqətən də o çox Rəhimlidir Səxavətlidir. Bütün həmdlər yalnız tək olan Allaha məxsusdur peyğəmbərə və onun ailəsinə əshabına Allahın salamı və salavatı olsun.
Vaki İbn Əl Cərra Sələfin məşhur alimlərindən, İmam Şafinin müəllimlərindən idi. 196 Hicri ilində dünyasını dəyişmişdir.

Allahin salamı və xeyir-duası üzərinizə olsun!

Şeyx Muhəmməd İbn Salih Əl Useymin.


Tarix: 14.04.2013 / 12:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Maraqlı melumatlar