Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zilhiccənin ilk on gününün fəziləti və bu gündə edilən əməllər

Həmd aləmlərin Rəbbi olan Allahadır. Salvat və salam da peyğəmbərlərin əfəndisi, ağası Məhəmmədin (ona, ailəsinə və səhabələrinə salam olsun) üzərinə olsun. Heç şübhəsiz ki, Allah təalanın, saleh bəndələrinə ilin müəyyən günlərini çoxlu saleh əməl işləmələri üçün təsis etməsi, Onun bəndələrinə olan lütf və yaxşılıqlarındandır. Məhz bu günlərdən (bəziləri də) biri də Zilhiccə ayının ilk on günüdür.
Zilhiccənin ilk on gününün fəziləti haqqında Quran (Allahın Kitabı) və sünnədən (Allah Rəsulunun hədisləri) dəlillər gəlmişdir. Məhz bu ayə və hədislərdən bəziləri bunlardır:

1. Allah belə buyurmuşdur: “Şəfəq vaxtına və on gecəyə (Zilhiccənin ilk on gecəsinə) and olsun” (əl-Fəcr surəsi 1-2). İbn Kəsir (Allah ona rəhmət etsin) ayədəki on gecədən qəsdin; İbn Abbas, İbn Zübeyr, Mücahid və başqalarının dedikləri kimi-:
"Zilhiccənin ilk on günüdür" demişdir.
2. İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət olunduğuna görə, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə salam olsun) belə buyurmuşdur: “Bu günlərdə edilən saleh əməlin, Allah Təalaya daha sevimli olduğu bu on gündən (Zilhiccənin ilk on günündən) başqa günlər yoxdur. Səhabə:
-Ey Allahın elçisi! Allah yolunda cihad da mı? dedilər.
Bunun üzərinə Rəsulullah (ona, ailəsinə və səhabələrinə salam olsun) buyurdu ki:
-Allah yolunda cihad da belə ...
Ancaq Allah yolunda (döyüşmək üçün) canı və malıyla çıxan və bu ikisindən heç bir şeylə geri dönməyən (canını və malını verən) kimsə bunun xaricindədir” (Əbu Davud, Tirmizi, İbn Macə).
3. Allah belə buyurmuşdur: “Özlərinə aid bəzi (günahlarının bağışlanması, həcc ibadətinin savabını almaları və ticarətdə mənfəət etmələri kimi) faydaları yəqin olaraq görmələri və Allahın onlara ruzi olaraq verdiyi qurbanlıq heyvanların üzərinə (onları kəsərkən) müəyyən günlərdə (Zilhiccənin ilk on günündə) Allahın adını anmaları üçün ...” (əl-Həcc surəsi 28).
İbn Abbas (Allah ondan və atasından razı olsun): “Ayədə keçən “müəyyən günlər”dən qəsd; Zilhiccənin ilk on günüdür” demişdir.
4. Abdullah b.Ömərdən (Allah ondan və atasından razı olsun) rəvayət olunduğuna görə, Rəsulullah (ona, ailəsinə və səhabələrinə salam olsun) belə buyurmuşdur: "Allah dərgahında içərisində saleh əməl işlənən bu on gündən savabı daha böyük və Onun daha çox xoşuna gələn başqa günlər yoktur.O halda, bu günlərdə bol-bol təhlil (lə iləhə illəllah demək), təkbir (Allahu Əkbər demək) və təhmid (Əlhəmdulllah) gətirin” (İmam Əhməd rəvayət edib). Yəni bu zikrləri çox-çox deyin.
5. Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) “Fəthul-Bari” əsərində belə demişdir: “Göründüyü kimi Zilhiccənin ilk on gününün digər günlərdən üstün dəyərə malik olmasının səbəbi; ibadətlərin təməli olan namaz, oruc, sədəqə və həcc kimi ibadətlərin eyni zamanda əda edilməsinə görədir. Bu üstünlükləri digər günlərdə əldə etmək mümkün deyil”.

Zilhiccənin ilk on günündə edilməsi müstəhəb olan əməllər:

1. Bol-bol nafilə namaz qılmaq.
Fərz namazları əda etmək üçün (namazı öz vaxtında qılmaq üçün) məscidə erkən getmək və bol-bol nafilə namaz qılmaq. Çünki nafilə namazlar, insanı Allah Təalaya yaxınlaşdıran ən fəzilətli əməllərdəndir. Necə ki Səvbandan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, Rəsulullah (ona, ailəsinə və səhabələrinə salam olsun) belə buyurmuşdur:
“(Namazda) Allaha çoxlu səcdə et. Çünki sən, Allaha hər səcdə etdikcə, o səcdə vəsiləsiylə (səbəbi ilə) Allah da sənin (Cənnətdə) dərəcəni yüksəldər, bir günahını da silər”. Bu əcr, hər zaman üçün etibarlıdır.
2. Nafilə oruc tutmaq.
Heç şübhə yoxdur ki, bu günlərin hamısını və ya gücü çatdığı qədərini, xüsusilə də Ərəfə gününü orucla keçirmək, əməllərin ən fəzilətlisidir. Çünki Allah, orucu özü üçün seçmişdir.
Necə ki Əbu Hureyrədən-Allah ondan razı olsun-rəvayət olunduğuna görə, Peyğəmbər-səllallahu aleyhi və səlləm -belə buyurmuşdur:
"Allah-azzə və cəllə-buyurur ki: Oruc, mənim üçündür, onun mükafatını da mən verərəm. Çünki o (oruclu), şəhvətini, yeməyini və içməyini mənim üçün buraxmışdır. Oruc, Cəhənnəmə (və ya cəhənnəmə aparan şəhvətlərə) qarşı bir qalxandır.Oruçlu üçün iki sevinc anı vardır: (Birincisi:) iftarını açdığında sevinər. (İkincisi: Qiyamət günü) Rəbbinin hüzurunda orucunun savabını tapdığında sevinər. And olsun ki oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir" (Buxari, Müslim).
Hüneyn bin Xalidin (Allah ondan razı olsun), o yoldaşından (xanımından), o da Peyğəmbər-səllallahu aleyhi və səlləmin - bəzi zövcələrindən rəvayət etdiyinə görə, (Peyğəmbər səlləllahu aleyhi və səlləmin xanımlarından (Hafsa və ya Ümmü Sələmə) belə dedi: "Rəsulullah-səllallahu aleyhi və səlləm.-Zilhiccənin ilk doqquz günü, Aşura (Məhərrəmin onuncu) günü və hər (hicri) ayın ilk bazar ertəsi günü ilə sonrakı iki Cümə axşamı günləri olmaq üzrə 3 gün oruc tutardı" (Əbu Davud, Əhməd, Albani səhihdir). İmam Nəvəvi-Allah ona rəhmət etsin-belə demişdir:
"Zilhiccə ayının ilk on günü tutulan oruc, çox müstəhəbdir."
Əbu Səid əl-Xudridən-Allah ondan razı olsun-rəvayət olunduğuna görə, Rəsulullah-səllallahu aleyhi və səlləm -belə buyurmuşdur: "Bir qul, Allah üçün bir gün oruc tutsa, o gün tutduğu oruc üzündən Allah onun üzünü yetmiş il məsafə qədər cəhənnəmdən uzaq tutar" (Buxari, Müslim).
Peyğəmbər-səllallahu aleyhi və səlləm -Ərəfə günü orucu haqqında belə buyurmuşdur: "Ərəfə gününün orucunun, (oruc tutan kimsənin) bir əvvəlki il ilə bir sonrakı ilin (kiçik) günahlarına kəffarə olacağına ümid edirəm" (Muslim).
Lakin Ərəfatda olan yəni həcc edən kimsənin, Ərəfə günü oruc tutması müstəhəb deyil. Çünki Peyğəmbər-səllallahu aleyhi və səlləm.-Ərəfatda oruclu olaraq vəqfəyə dayanmamış, əksinə insanlar özünün oruclu olmadığını görsünlər deyə bir qədəh süd içbdir.
3. Həcc və ümrə etmək.
Bu günlərdə edilən əməllərin ən fəzilətlisi, həcc və ümrədir.Həcc və ümrənin ən fəzilətli əməl olduğuna dəlalət edən bir çox hədis vardır.
Necə ki bunlardan birində Peyğəmbər-səllallahu aleyhi və səlləm-belə buyurmuşdur: "İki ümrə arasında edilən (kiçik) günahlara, bu iki ümrə kəffarə olar (günahları silər). Qəbul olunan Həccin əvəzi, ancaq cənnətdir" (Buxari və Müslim).
4. Bu günlərdə bol-bol təkbir, təhlil və təhmid gətirmək.
Necə ki İbni Ömərin-Allah ondan və atasından razı olsun-yuxarıda sadalanan rəvayətində ifadə etdiyi kimi, Rəsulullah-səllallahu aleyhi və səlləm-belə buyurmuşdur: "Allah dərgahında içərisində saleh əməl işlənən bu on gündən savabı daha böyük və Onun daha çox xoşuna gələn başqa günlər yoxdur. O halda, bu günlərdə bol-bol təhlil, təkbir və təhmid gətirin" (Əhməd).
İmam Buxari-Allah ona rəhmət etsin-bu barədə belə demişdir: "İbn-i Ömər və Əbu Hüreyrə-Allah ikisindən də razı olsun-Zilhiccənin ilk on günündə bazara çıxıb yüksək səslə təkbir gətirirlər, insanlar da onlarla birlikdə təkbir gətirərdilər" (Buxari).
Yenə, İmam Buxari-Allah ona rəhmət etsin-bu barədə belə demişdir:
"Ömər-Allah ondan razı olsun-(bu günlərdə) Minadaki çadırda təkbir gətirər, məsciddə (Hayf məscidində) olan və onu eşidən müsəlmanlar, onunla birlikdə bazar və bazardakı insanlar Mina təkbir səsləriylə inləyəcək şəkildə təkbir gətirərdilər" (Buxari).
İbni Ömər-Allah ondan və atasından razı olsun-Minada bu günlərin hamısında, fərz namazlardan sonra, yatağında, çadırda, məclisində və yolda təkbir gətirərdi.
Ömər bin Xəttab, oğlu Abdullah və Əbu Hüreyrənin-Allah hamısından razı olsun-hərəkətləri kimi, bu günlərdə açıqdan və yüksək səslə təkbir gətirmək, müstəhəbdir.
Biz müsəlmanlar olaraq, indiki vaxtda itən və tərk olunan, hətta-təəssüflə söyləmək lazım olsa-ilk müsəlmanların yaşadıqlarının əksinə, bəzi saleh kəslərin belə az qala unutduğu bu sünnəsini, təkrar yaşatmamız lazımdır.
Bu günlərdə gətirilən təkbirin söyləniş şəkilləri:
a). Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər.
b). Allahu Əkbər, Allahu Əkbər, La ilahə illallah, vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil-Həmd.
c). Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, La ilahə illallah, vallahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Vəlilləhil-həmd.
5. Qurban bayramının birinci gününün fəzilətli olması.
Qurban bayramının birinci gününün fəziləti çox böyükdür. Bir çox müsəlman, bu günün fəzilətindən, şanı dəyərini bilməkdən və fəzilətinin saysız oluşundan xəbərsizdir. Bəzi İslam alimləri bu günü, ilin müzakirəsiz ən fəzilətli günü, hətta Ərəfə günündən belə daha üstün görmüşlər.
İmam İbni Qeyyum-Allah ona rəhmət etsin-bu barədə belə demişdir:
"Allah yanında günlərin ən xeyirlisi, Həcci Əkbər günü olan qurban günüdür"
Necə ki Abdullah ibn Kurtdan-Allah ondan razı olsun-rəvayət olunduğuna görə, Peyğəmbər-səllallahu aleyhi və səlləm-belə buyurmuşdur:
"Allah Təbarəkə və təala qatında günlərin ən böyüyü; qurban günüdür. Ondan sonra təşrik günlərinin başlanğıcı və Cemremi daşlamaq üçün Minada qalmağa başlanılan gün olan on birinci gündür" (Abu Davud, Albani Səhih deyib).
Bəzi alimlər də aşağıdakı səbəblərdən Ərəfə gününün daha fəzilətli olduğunu söyləmişlər:
1. Bu gündə tutulan oruc, iki ilin kiçik günahlarına kəffarə olar.
2. Allah, bu gündə qullarını cəhənnəm əzabından bağışladığı qədər başqa bir gündə bağışlamamışdır.
3. Allah Təalanın rəhmət və comərdliyi, Ərəfatda olan qullarına yaxın olar və Allah, Onun mələklərinə qarşı onlarla fəxr edər.
Lakin doğru olan bu görüşdür ki, ilin ən fəzilətli günü qurban bayramının birinci günüdür. Çünki bunu sübut edən hədisə zidd olan başqa bir hədis yoxdur. İstər qurban bayramının birinci günü, istərsə Ərəfə günü ən fəzilətli gün olsun, müsəlmana düşən vəzifə; hacı olsun, muqim olsun, bu günlərin fəzilətini dərk etmək və əlinə keçən bu fürsəti ən yaxşı şəkildə qiymətləndirməkdir.

Məhəmməd b. Saleh əl-Useymin
Ərəbcədən Tərcümə: Məhəmməd Şahin
Tədqiq: Əli Rza Şahin
2009 - 1430
Azərbaycan-dilinə tərcüməçi: Əkrəm Həsənov
2010-1431


Tarix: 10.04.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 492 Bölmə: Maraqlı melumatlar
loading...