beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azadlıq

Azadlıq isteyirdin..
İndi menden uzaqda
Azadsan,cismen azad.
İndi buyur,sevgilim,
Men dustağam,sen azad!..
Belemi?
İnanmıram.
Biz bir şeherde iken,
Deqiqeni,anını,
Sapa düzüb incitek,
İzleyirdim seni men.

İndi menden uzaqda
İzlemir heç kes seni.
Ancaq,azad deyilsen,
İzleyir öz köksünde
Aldığın nefes seni.
Orda perestişkarın
Bir deyil min-min olsun.
Qorxmuram,yox,qorxmuram,
Men yox,senin öz hissin,
Senin gözetçin olsun!

Sen seven bir üreyin
Özü boyda dağısan!
Menim dustağım deyil,
Hissinin dustağısan,
Qelbinin dustağısan.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 292 Bölmə: Bextiyar Vahabzadə