beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men ürek Oğrusu

Alıb keçmişini,
                   evezinde men
Ezablar bexş etdim geleceyine.
Hissim xecil qalıb öz emelimden
Sözüm de qurtarıb..ne deyim sene?

Külekler oynaşır ürekde,canda,
Özüme düşmendir öz canım menim.
Gözlerim ağlamır men ağlayanda
Vicdanım ağlayır,vicdanım menim.
Saz tutub içimde qem şikestesi
Keder bestesiyem,vicdan xestesi.

Ellerim yapışıb öz eteyimden
Men heç ne ummuram geleceyimden.
Dağı da dağlayır,dağın öz dağı
Üzüme durubdur öz derdim-serim
Bu günüm sabaha danlaq,göz dağı,
Sabahım dünene teessüflerim...
Yüz-yüz peşmançılıq çekemmez,dayan,
Bir zerer daşını,zerer yükünü.
Qaytara bilmemiş geri,heç zaman
Axı min teessüf bir öten günü.

Sözüm- bu günümün çığıran sesi
Keder bimarıyam,vicdan xestesi.
Alıb üreyini
               evezinde men
Sene ezab verdim ürek dolusu.
Men kimem? Utanır dilim sözümden
Men - ürek oğrusu,ömür oğrusu!

Etiraf asandır! Men hansı haqla
Qovmaq isteyirem könlümden seni?
Özüm öz eşqimi tapdalamaqla
Elinden almışam geleceyini...

Senin sabahını kölgelendiren
Meğrur keçmişinin lekesiyem men.
Ney tutub içimde qem şikestesi
Vicdan xestesiyem,vicdan xestesi.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 471 Bölmə: Bextiyar Vahabzadə